Dünən Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı Rayon Mədəniyyət və Turizm İdarəsi ərazi ilk partiya təşkilatının təşkilatçılığı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü illiyinə həsr olunan dəyirmi masa keçirib. Rayon təşkilatının qərargahında keçirilən dəyirmi masada rayon təşkilatının qadınlar şurasının üzvü, rayon mədəniyyət və turizm idarəsi mərkəzi kitabxanasının direktoru Ulduzə Qurbanova "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" mövzusunda məruzə ilə çıxış edib. U.Qurbanov Ulu Öndər Heydər Əliyevin 35 illik hakimiyyəti dövrlərində Azərbaycan mədəniyyətinin sürətlə inkişaf etdiyini bildirib: "Bu gün Azərbaycanın muğamının dünya mədəniyyət irsi kimi qəbulu, ölkəmizdə beynəlxalq səviyyəli musiqi və digər mədəni tədbirlərin keçirilməsi vaxtilə Heydər Əliyevin mədəniyyətin hərtərəfli inkişafını təmin edəcək konsepsiyanın hazırlanması sayəsində baş verir. Heydər Əliyevin mədəniyyətə və mədəniyyət işçilərinə daim göstərdiyi diqqət və qayğı bu gün Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev tərəfindən daha yüksək səviyyədə həyata keçirilir. Ölkəmizin birinci xanımı, İSESKO və YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva mədəniyyət sahəsində Heydər Əliyev ideyalarının həyata keçirilməsi yolunda yorulmadan mübarizə aparır".
Tədbirdə o da qeyd olundu ki, bu günlərdə cəbhədə baş verən qanlı toqquşmalarda rayonun bütün əhalisi kimi mədəniyyət işçiləri də ordumuzun zəfərinin daha da artırılmasında öz imkan və bacarıqlarından səmərəli istifadə etməyə çalışırlar.
Dəyirmi masada Rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri Gündüz Mürsəlov, Rayon Uşaq Musiqi Məktəbinin direktoru Mahir Qədimov, Uşaq Musiqi Məktəbinin müəllimi Ziyafət Talıbova, Mədəniyyət və Turizm İdarəsinin işçisi Arif Mahmudov, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, Mədəniyyət və Turizm İdarəsi ərazi ilk partiya təşkilatının sədri Reyhan İsmayılova, Mədəniyyət və Turizm İdarəsində kitabxanaçısı Sevda İsgəndərova, uşaq musiqi məktəbinin müəllimi Mirtağı Mənsimov, Mədəniyyət və Turizm İdarəsinin metodisti Mirtağı Mənsimov və YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov çıxış edərək Ulu Öndərin əsasını qoyduğu inkişaf siyasəti nəticəsində bu gün Azərbaycanın çiçəklənən, qüdrətlənən bir ölkəyə çevrildiyini bildirib. Çıxış edənlər vurğulayıblar ki, Heydər Əliyev siyasəti Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
R.HÜSEYNOVA