PDF Oxu

Siyasət

  • 51

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının X konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının X konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının X konfransı keçirilib. Konfransda YAP İdarə Heyətinin üzvü, akademik, BDU-nun rektoru Abel Məhərrəmov, YAP İcra Katibliyinin məsul işçisi Araz Xudadanov, ilk partiya təşkilatının sədrlərindən ibarət 210 nəfərlik nümayəndə iştirak edib. Öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül-çiçək dəstələri qoyublar.

Quba rayonun Gənclər Mərkəzində davam etdirilən konfransda Azərbaycanın Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev qonaqları salamlayarq, konfransın işinə uğurlar arzulayıb. Ə.Nəbiyev konfrans iştirakçılarını gündəlikdə duran məsələlərlə tanış edib. Sonra Ə.Nəbiyevin və nəzarət-təftiş komissiyasının sədr müavini Cəlal Qəribovun hesabat məruzələri dinlənilib. Daha sonra konfrans çıxışlarla davam etdirilib.

Konfransda çıxış edən YAP Quba rayon təşkilatı idarə heyətinin üzvü Hüseynağa Baxışov və Həsən Günəşli təşkilatda ötən dövr ərzində görülən işləri qənaətbəxş hesab ediblər. Məruzə və çıxışlardan sonra konfransın qərar layihəsi oxunub, təkliflər dinlənilib və YAP Quba rayon təşkilatının şurasının, idarə heyətinin və nəzarət-təftiş komissiyasının yeni tərkibləri seçilib.

YAP Quba rayon təşkilatının sədri Ə.Nəbiyev çıxışını davam etdirərək bildirib ki, bugünkü konfransda partiyanın yeni sədri seçiləcək. Çıxışında Ə.Nəbiyev hazırda rayondan kənarda, məsul vəzifədə çalışdığından, təşkilata yeni sədr seçilməsi təklifini irəli sürüb:"Mən sədrlik üçün YAP Quba rayon təşkilatı idarə heyətinin üzvü, rayon icra hakimiyyətinin birinci müavini Yusif Aydın oğlu Abidovun namizədliyini irəli sürürəm".

Konfransda irəli sürülən təklif şura üzvləri tərəfindən yekdilliklə qəbul olunub. Abidov Yusif Aydın oğlu YAP Quba rayon təşkilatının sədri seçilib.

Yusif Abidov çıxışında YAP Quba rayon təşkilatına sədr seçilməsi ilə bağlı məmnunluq hissi duyduğunu bildirib.

Konfransda çıxış edən millət vəkili Abel Məhərrəmov Quba rayonu haqqında xoş təəssüratlarını bölüşərək, Qubanın zəngin dövlətçilik ənənəsindən, qubalıların vətənpərvərliyindən danışıb. Çıxışına davam edərək, Yeni Azərbaycan Partiyasının yaradılması və Ümümmilli Lider Heydər Əliyevin dövlət quruculuğu sahəsində fəaliyyəti barədə ətraflı şəkildə iştirakçılara məlumat verib.

Quba rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov YAP Quba rayon təşkilatının yeni seçilmiş sədri Yusif Abidovu təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Sonra Yaşar Məmmədov Ədalət Nəbiyevin təşkilata rəhbərlik etdiyi dövrdəki fəaliyyətini yüksək qiymətləndirilib və rayonun ictimai-siyasi inkişafındakı xidmətlərinə görə fəxri fərmanla təltif edib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər