PDF Oxu

Siyasət

  • 34

Çingiz Qənizadə: “Ulu Öndər Azərbaycanın parçalanmasının qarşısını aldı” AÇIQLAMA

Çingiz Qənizadə: “Ulu Öndər Azərbaycanın parçalanmasının qarşısını aldı” AÇIQLAMA

"Ulu Öndər Heydər Əliyev özünün fenomen yaddaşı, idarəçilik qabiliyyəti, hümanistliyi və ən çətin situasiyalarda belə siyasi lider kimi manevr etməyi bacaran, xalqına bağlı olan, xalqını canı qədər sevən bir dahi şəxsiyyət idi". Bunu SİA-ya millət vəkili Çingiz Qənizadə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı fikirlərini bölüşərkən deyib.Deputatın sözlərinə görə, Ümummilli Liderdən öyrənilməli çox şeylər var: "Bugünkü gənclər Heydər Əliyev məktəbi, irsinin öyrənilməsi və digər tədbirlərdə bu məsələyə dərindən bələd olmalıdır. Çünki Heydər Əliyev irsinin öyrənilməsini, siyasi fəaliyyətini, Onun xalqına və Vətəninə bağlılığını bilmək üçün qısa zaman ərzində heç nəyə nail olmaq olmaz. Bu bir neçə il tədris olunmalıdır. Hesab edirəm ki, nə qədər dahi şəxsiyyəti öyrənməyə çalışsan da təbii ki, Onu heç kim tam öyrənə bilməz. Ümummilli Lider Heydər Əliyevin profesionallığı, dünyagörüşü, savadı, zəkası, düşüncəsi o qədər çox idi ki, hətta bunu kitablara dərc edib tədris etmək, öyrətmək qeyri-mümkündür. Amma nəyisə öyrənən hər bir gənc belə hesab edirdi ki, onun gələcəyi parlaq olacaq və s".

Ç.Qənizadə əlavə edib ki, Ulu Öndərin Azərbaycana ikinci dəfə qayıdışı ilə Azərbaycan dövlətinin bir dövlət olaraq yaşanmasını təmin etdi: "Ölkəmizin bir dövlət olaraq parçalanmasının qarşısını aldı. Çox çətin dövrlərdə hakimiyyətə gələn dahi şəxsiyyət dövlətini, xalqını sevməyən ancaq varlanmaq, kariyera əldə etmək marağı üçün ətrafına yığışan insanlardan həm təmizləyə bildi, həm də dövləti qoruyub saxlaya bildi. Hazırda bugünkü dövlətin idarəçiliyi Ümummilli Liderin siyasi kursuna sadiq olan gözəl bir şəxsiyyətin əlindədir. Ulu Öndərin davamçısı cənab İlham Əliyev hesab edirəm ki, dahi şəxsiyyətin arzusunda olduğu, lakin həyata keçirə bilmədiyi bütün istək və arzuları həyata keçirməklə məşğuldur. Təbii ki, biz də bunun şahidiyik".

sia.az

Digər xəbərlər