PDF Oxu

Siyasət

  • 62

“Prezidentin cəbhə bölgəsinə səfəri mənəvi üstünlüyümüzü daha da yüksəltdi" AÇIQLAMA

“Prezidentin cəbhə bölgəsinə səfəri mənəvi üstünlüyümüzü daha da yüksəltdi" AÇIQLAMA

"Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfəri hər zaman vətəndaşlarla bərabər olduğunu bir daha göstərmiş oldu". Bunu SİA-ya açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib.Onun sözlərinə görə, ölkə başçısının cəbhə bölgəsində dağılmış evlərə baxması bir daha sübut etdi ki, Prezident hər bir Azərbaycan vətəndaşının yanındadır: "Prezident İlham Əliyev bu səfəri ilə Azərbaycan xalqı qarşısında öz prezidentlik vəzifəsini necə şərəflə icra etdiyini bir daha nümayiş etdirdi. Dövlət başçısı xanımı, millət vəkili Mehriban Əliyeva ilə birlikdə cəbhə xəttində erməni vandalizmindən ziyan çəkən, evləri dağıdılan ailələrlə görüşdü, erməni təxribatları zamanı xəsarət alan mülki şəxslərə baş çəkdi. Ölkə başçısının cəbhə xəttində olması erməni ilə üz-üzə dayanan, erməni silahlı qüvvələrinə qarşı mərdliklə mübarizə aparan və onlara ciddi itkilər yaşadan Milli Ordumuzun əhval-ruhiyyəsinin artmasına, mənəvi üstünlüyümüzün daha da yüksəlməsinə zəmin yaratdı. Həmin vaxt orada hər şey ola bilərdi".F. Ağamalı qeyd edib ki, Prezident İlham Əliyevin cəbhə xəttindəki kəndlərdə yaşayan sakinlərlə görüşməsi, onların problemləri, dəymiş ziyan haqqında vətəndaşlardan şəxsən məlumat alması, baş verənləri gözləri ilə görməsi əhali arasında nikbinlik, mərdlik və ölkə rəhbərliyinə inamın möhkəmlənməsində mühüm bir amildir: "Prezident bu səfəri ilə bir daha təsdiq etdi ki, o öz sağlamlığını, həyatını heç bir sıravi Azərbaycan vətəndaşının sağlamlığından, həyatından üstün tutmur. Bu fəaliyyət ölkə Prezidentinin siyasətinin, idarəçiliyinin tərkib hissəsidir".

sia.az

Digər xəbərlər