PDF Oxu

Siyasət

  • 38

Cümşüd Nuriyev: “ABŞ və Rusiyaya status-kvonun dəyişməməsi sərf edir” AÇIQLAMA

Cümşüd Nuriyev: “ABŞ və Rusiyaya status-kvonun dəyişməməsi sərf edir” AÇIQLAMA

"Ümumiyyətlə ATƏT-in uzunmüddət həmsədrliyi dövründə Qarabağ məsələsinin həllində hər hansı bir irəliləyiş olmayıb. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun bu ayın əvvəllərində Brüsseldə həmsədrlərlə keçirəcəyi görüş də ancaq görüş xatirinə bir görüş olacaq". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib.Onun sözlərinə görə, nə Qərb, nə də Rusiya Qarabağ məsələsinin həll olunmasını istəyir: "ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ məsələsinin həllində maraqlı olmadıqlarına görə yeni görüş keçirə bilər. Amma bu görüşun hər hansı bir səmərəsi olacağına inanmıram. Sadəcə olaraq adi görüşlərdən biri kimi yadda qalacaq. Nəzərə alsaq ki, hal-hazırda Ermənistanda daxili gərginlik çox yüksəkdir və eyni zamanda qarşıdurma var. Bu o deməkdir ki, Ermənistan yenə çalışacaq ki, danışıqların müddətini və hakimiyyətin ömrünü uzatsın".AbŞ Dövlət katibi Con Kerri ilə Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı telefon danışığına da münasibət bildirən politoloq bildirib ki, nə ABŞ, nə də Rusiya Ermənistana qarşı heç bir sərt addım atmayacaq: "Axı necə olur ki, ABŞ bugünə kimi BMT Təhlükəsizlik Şurasının verdiyi qətnamənin mürəkkəbi qurumamış Suriyanı bombalayırdı. Ona görə də onların Ermənistana qarşı hansısa addım atacağı inandırıcı deyil. Heç kimə sirr deyil ki, bu gün ABŞ-da ən böyük erməni lobbisi var. Eyni ilə Rusiya da həmin o addımı atır. Onların hər ikisinə sərf edir ki, status-kvo dəyişməsin. Hər ikisi Qafqaza yiyələnmək istəyir. Rusiya Azərbaycanı bufer dövlət görmək istəyir, ABŞ isə istəyir ki, Azərbaycan NATO-nun qüvvələri yerləşdirilsin. Hər iki halda Azərbaycan onların hərbi poliqonudur".

sia.az

Digər xəbərlər