PDF Oxu

Siyasət

  • 52

Müşviq Ələsgərli: “Azərbaycanda medianın durumu tamam fərqlidir” MÜNASİBƏT

Müşviq Ələsgərli: “Azərbaycanda medianın durumu tamam fərqlidir” MÜNASİBƏT

"Mən bu yaxınlarda Bosniya və Herseqovinada, Sarayevo şəhərində Avropa Jurnalistlər Federasiyasının (AJf) illik toplantısında iştirak etdim. Orada Avropa media məkanında mövcud olan problemlər müzakirə olundu. Beləcə Avropanın mərkəzində medianın kifayət qədər problemləri ortalığa çıxıb. Təbii ki, bunun obyektiv və subyektiv səbəbləri var". Bunu SİA-ya Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli deyib.Onun sözlərinə görə, obeyktiv səbəblər Avropanın mediasının inkişafı ilə bağlıdır: "Bu, media sahəsində yeniliklər yaratmaqla yanaşı həm də bir sıra ciddi problemlər ortaya çıxarır. Subyektiv səbəblər isə siyasiləşmə, siyasi qrupların Avropa mediasına ciddi şəkildə nüfuz etməsi, eyni zamanda müəyyən maliyyə sanskiyaları ilə bağlıdır: "Ümumilikdə Avropa media məkanı ilə bağlı müqayisədə Azərbaycanda medianın durumu tamam fərqlidir. Azərbaycan mediası nəinki tənəzzül dövrü yaşamır, əksinə media özünün çiçəklənməsi, inkişaf dövrünü keçirir".M.Ələsgərli əlavə edib ki, həm jurnalistlərin sosial durumunun yaxşılaşdırılması, media qanunvericiliyinin təkmilləşdirilməsi, ifadə azadlığının təmin olunması, həm də medianın siyasiləşməsi, siyasiləşmədən kənarlaşdırılması Azərbaycan mediasının inkişafı üçün kifayət qədər şərait yaradır: "Bununla belə, ölkə mediası artıq kifayət qədər peşəkarlaşıb. Azərbaycan hakimiyyətinin uzun illər media sahəsində apardığı, həyata keçirdiyi proqramlar artıq özünün müsbət nəticəsini verməkdədir. Dünyada medianın tənəzzül şəraitində olduğu bir vaxtda Azərbaycan mediasının inkişafı bu sahədə ağıllı, düşünülmüş proqramın və siyasətin olduğunu təsdiqləyir".

sia.az

Digər xəbərlər