PDF Oxu

Siyasət

  • 41

Rövşən Rzayev: “Prezident həmişə xalqı ilə bir yerdə olub” AÇIQLAMA

Rövşən Rzayev: “Prezident həmişə xalqı ilə bir yerdə olub” AÇIQLAMA

"Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarına səfəri zamanı son dövrlər erməni təxribatından zərər çəkmiş ailələrlə görüşdü və onların vəziyyəti ilə maraqlandı. Bu onun göstəricisidir ki, cənab İlham Əliyev həmişə öz xalqı ilə bir yerdə olub və bundan sonra olacaq". Bunu SİA-ya millət vəkili Rövşən Rzayev deyib.Millət vəkilinin sözlərinə görə, ölkə başçısı hər bir vətəndaşın Prezidenti olduğunu bir daha sübut edir: "Prezident İlham Əliyev cəbhəboyu ərazilərə səfəri zamanı lazımi tədbirlərin görülməsi üçün birbaşa yerindəcə öz tapşırığını verdi. Təbii ki, bu, çox sevindirici və fərəhverici bir haldır. Azərbaycan Prezidenti ölkənin lideri olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi".R.Rzayev əlavə edib ki, digər tərəfdən ölkə rəhbəri Ali Baş Komandan kimi cəbhə xəttində Ermənistan hərbiçiləri ilə ən yaxın məsafədə dayanaraq Azərbaycan əsgərləri, zabitləri ilə görüşdü: "Təbii ki, biz hər birimiz çox sevinirik ki, cənab İlham Əliyev Azərbaycan ərazi bütövlüyünün təmin olunmasından, ölkəmizin daha da gücləndirilməsindən, nüfuzunun artmasından və s. ötrü həmişə olduğu kimi bugünkü gündə də ön planda olduğunu, problemlərin ən böyüyünü həll etmək imkanı olduğunu bütün dünyaya bir daha səsləndirdi. Biz hər birimiz bir Azərbaycan vətəndaşı olduğumuzdan çox qürurluyuq ki, məhz bizim liderimiz bu cür addımlar ata bilir. İnanırıq ki, yaxın zamanlarda sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü öz həllini tapacaq".

sia.az

Digər xəbərlər