PDF Oxu

Siyasət

  • 55

İsa Qəmbərin səyləri...

İsa Qəmbərin səyləri...

Müsavatın var olduğunu sübut eləməyə çalışan müxalifətçilər tez-tez deyirlər ki, İ.Qəmbərin səyləri nəticəsində Müsavat ayaq üstündə dayanıb. Diqqətimi ən çox çəkən "İ.Qəmbərin səyləri..." ifadəsidir. Səy bir olar, ya da iki. Bu qədər səymi olar? Bəli, həqiqətən də İ.Qəmbərin səylərinin (Arif Hacılı, Gülağa Aslanlı, Səxavət Soltanlı və sairə) sayəsində Müsavat bu günə düşüb. Allah rəhmət eləsin Tofiq Yaqublunun qızına, Nərgiz dünyadan vaxtsız köçdü. Tofiqin dağ boyda dərdi var, övlad acısı üçün çəkiləsi dərd deyil. Nə İ.Qəmbər, nə də onun səyləri bircə dəfə olsun belə T.Yaqublunun dərdinə şərik ola bilmədilər. Nərgizin yas mərasimində İ.Qəmbərin və səylərinin özlərini ədəbsiz aparması məndə təəccüb yaratmadı. Elçibəyin ölüm günü AXCP sədri uğrunda "mübarizə" aparmaq üçün Ə.Kərimlinin evində oturub onun adından qondarma vəsiyyətnamə yazan adamlardan nə gözləyəsən?.. Nərgizin yas mərasimində iştirak edən dostumuz deyir ki, mikrofon İ.Qəmbərə ötürülüb. Camaat gözləyib ki, İsa "bəy" Nərgiz haqqında nəsə gərəkli çıxış edəcək. Baxın, nələr danışıb, olduğu kimi mənə nəql ediblər: "Bu gün Nərgizi yad edirik, bu gün həm də mənim qız nəvəm dünyaya gəlib (yanağına gülüş qonur, dodaqları püstə kimi açır, gözləri ışıldayır), bu, böyük sevincdir, bu yaşda baba olmağın sevinci tamamilə başqadır". Hər kəs gözləyir ki, İsa "bəy" Nərgizin adını öz qız nəvəsinə qoyacaq. Amma bu da boşuna gedir. Müsavatın sabiq başqanı kiçik oğlunun qızından o qədər danışıb ki, yas məclisini tərk edənlər də olub. Lakin hər şey bununla bitməyib. Ardınca mikrofonu ələ alan İ.Qəmbərin tamadaları S.Soltanlı, G.Aslanlı, A.Hacılı qoşmadan, gəraylıdan gubbuldadıblar. Ramiz Rövşənin məhəbbət şeirlərini danışırlarmış. İlahi, insan bu qədər zəlil olarmı? Bunlar səy deyil, bəs nədir?

Bu səylərdən biri işlədiyi məktəbdə müəllimləri siyahıya alırdı ki, guya Müsavat hakimiyyətə gələn kimi bu müəllimləri cəzalandıracaq. 3-4 dükanı, pivəxanası, motorxanası var, amma səviyyə ki yoxdur. Ömrü boyu burnunu qoyun dalına söykəyib "dux"lanan bu gədələr indi başqan müavinləri, müşavirlərdir. Bunların bir işi-gücü yoxdurmu? Qara kostyum geyinib, xalq arasında elə gəzirlər ki, sanki nənələri Hitlerin sevgilisi olub. Jurnalist dostumuz Elnur demişkən, bu xiyarlara nəyisə başa salmaq Himalay dağının başında xiyar, pomidor əkmək kimi bir şeydir. İ.Qəmbərin ən böyük səyləri məhz İ.İbrahimlinin üzərindən reallaşır. Allah bu adamdan hər şeyi əsirgəyib desəm, yanılmaram. Vaxt var idi Milli Məclisdə çatana çatıb, çatmayana bir daş atan İbrahimli indi bütün günü Nərimanov Parkında oturub gənclərə "Nəmrudla milçəy"in əhvalatını danışır. İ.Qəmbərin dünya "siyasəti"ndəki mövqeyindən nağıllar guppuldadır, əfsanələr qoşur. Sizə bir olmuş hadisəni xatırladım. Müsavatda bir neçə il öncə tədbir idi, mən də jurnalist kimi iştirak edirdim. İbrahimli mənim "SƏS"in əməkdaşı olduğumu bilən kimi, elə bil tramvayla toqquşdu. Tez ayağa qalxıb əsəbləşdi, yanındakılara "tez şəklini çəkin, salın arxivə, bunların vaxtı gələcək" deyib, stulu kənara fırlatdı. Hələ müxalifətçidir, siyahıya alır, arxivləşdirir, görün iqtidarda olsa, nələr eləyər (İlahi, dilimi lal elə). Adamı Bakının girişində Şıxov çimərliyində hasarın üstünə çıxardıb tankla vurdurar, nə bilim, marşrutla evə getdiyin yerdə kamikadze "dron" aparatı ilə səni də bədbəxt eləyər, marşurtdakılaraı da. Dədəsi dığa Manvelin də günahlarını boyunumuza yıxar.

Samir

P.S. Sizlərə doğruçu bir sual verim: bilmədiniz, İ.İbrahimlinin atasının axırı nə oldu? Bu adam kimin oğlu çıxdı? Bu adamın atası Hilaldır, Manveldir, yoxsa 3 yaşında onu küçədən götürüb saxlayan Muradəli kişi?

Digər xəbərlər