"Ali Baş Komandanın cəbhə bölgəsinə səfəri ölkə başçısının daim xalqımızın yanında olduğunu bir daha göstərdi. Prezident İlham Əliyevin bu addımı həm ordumuz, həm də xalqımız üçün böyük dayaq idi". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının sədri Nurlana Əliyeva deyib.Onun sözlərinə görə, Ölkə başçısı xanımı ilə birgə cəbhə bölgəsində zərər çəkən insanları, eləcə də dağılmış evlərə baş çəkməklə həmin insanlar böyük təsəlli vermiş oldu: "Bu səfər hər bir azərbaycanlının ruh-yüksəkliyini daha da artırdı. Hər birimiz mənəvi cəhətdən səfərbər olduq. Hər bir ölkənin əmin-amanlığı onun bütövlüyündən asılıdır. Biz 20 ildən artıqdır ki, nankor ermənilərin gülünc və avantürist siyasətinə məruz qalmışıq. Onların heç birində ədalət hissi, vətənpərvərlik duyğusu yoxdur. Ermənilər etibarsız, vəfasız, dönük millətdir. Uzun illərdir onlar cəbhədə atəşkəsi pozub, mülki əhalini ölümlə üz-üzə qoyurlar".N. Əliyeva qeyd edib ki, ermənilər heç nəyə məhəl qoymadan beynəlxalq qanunları pozur: "Aprelin 1-dən 2-nə keçən gecə ermənilər cəbhə bölgəsində təxribatlar edərək, iriçaplı silahlardan, pulemyotlardan atəş açmağa başladılar. Azərbaycan ordusu da Ali Baş Komandanın göstərişi ilə düşmənə layiqli cavab verərək, onları yerinə oturtdu. Azərbaycan güclü və mükəmməl orduya malikdir. Ordumuzun sıralarında ölkənin vətənpərvər oğulları xidmət göstərir. Azərbaycan ordusu ölkə başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində formalaşıb, qüdrətlənib. Hər kəs Ali Baş Komandanın əmrinə hazırdır. Bir əmrlə həm ordumuz həm də xalqımız düşmənlə üz-üzə durmağa hazırdır".
sia.az