PDF Oxu

Siyasət

  • 37

Namiq Əhmədov: “Azərbaycanın ərazi bütövlüyü tezliklə təmin olunacaq” MÜNASİBƏT

Namiq Əhmədov: “Azərbaycanın ərazi bütövlüyü tezliklə təmin olunacaq” MÜNASİBƏT

"Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfəri növbəti dəfə sübut etdi ki, ölkə başçımız hər an, hər dəqiqə hər bir Azərbaycan vətəndaşının yanında olduğu kimi indi də yanındadır". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Xəzər rayon təşkilaltının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov sözügedən məsələyə münasibətini bildirərkən deyib. O, qeyd edib ki, bu qürurverici amil hər bir vətəndaşda fərəh hissi oyadır: "Cənab Prezident və Onun xanımı, millət vəkili Mehriban Əliyeva cəbhə xəttində erməni vandalizmindən ziyan çəkən, evləri dağıdılan ailələrlə görüşdü, erməni təxribatları zamanı xəsarət alan mülki şəxslərə baş çəkdi. Onlar hətta cəbhə xəttinin ən yaxın atəş nöqtəsinə belə getdilər. Bu baxımdan, dövlət başçısının cəbhə xəttində olması erməni ilə üz-üzə dayanan, azğın düşmənin silahlı qüvvələrinə qarşı mərdliklə mübarizə aparan və onlara sarsıdıcı zərbələr vuran Milli Ordumuzun əhval-ruhiyyəsinin artmasına, mənəvi üstünlüyümüzün daha da yüksəlməsinə kifayət qədər zəmin yaratmış oldu".

Namiq Əhmədov o cümlədən bildirib ki, Prezident İlham Əliyevin cəbhə xəttindəki kəndlərdə yaşayan sakinlərlə görüşməsi, onların problemləri, dəymiş ziyan haqqında vətəndaşlardan şəxsən məlumat alması, baş verənləri gözləri ilə görməsi, dağılan evlərə, mənzillərə şəxsi baxış keçirməsi söz yox ki, cəbhəyanı bölgələrdə yaşayan əhali arasında nikbinlik, mərdlik və ölkə rəhbərliyinə inamı daha da möhkəmləndirdi: "Əlbəttə ki, belə bir qətiyyətli fəaliyyət, belə bir önəmli addım Prezident İlham Əliyev cənablarının daim xalqı ilə bir yerdə olduğunu sübuta yetirmiş oldu. Ona görə də dövlət başçısının cəbhə bölgəsinə səfəri indiki məqamda çox vacib əhəmiyyət kəsb edir".

YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, bu, xalq ilə Prezident arasındakı davamlı vəhdətin nəticəsidir: "Xalq öz liderini dəstəkləyir, bundan sonra da dəstəkləyəcək. Bizlərin hər birimiz inanırıq ki, Azərbaycanın ərazi bütövlüyü tezliklə və məhz cənab Prezident İlham Əliyevn səyləri nəticəsində təmin olunacaq".

sia.az

Digər xəbərlər