Aşot Yegizaryan: "Düşünmürəm ki, Ermənistan bu embarqodan qazanc əldə etsin"
"Türkiyə məhsullarından imtina, ermənilərin bu ölkəyə turist kimi səfərlərinin qarşısının alınması Ermənistana yeni heç nə verəməyəcək". SİAxəbər verir ki, bu fikirləri Ermənistanın "168 jam" qəzetinə iqtisad elmləri doktoru Aşot Yegizaryan ölkə parlamentində bu barədə fikirlərin səslənməsinə münasibətini bildirərkən deyib.Erməni ekspert bildirib ki, əgər bu qərar qəbul olunsa, ilk növbədə Rusiyanın türk məhsullarına qoyduğu embarqo siyasətinə qoşulacaq: "Ümumiyyətlə, hazırkı dövrdə Türkiyə ilə bağlı sərt addımların atılmasına ehtiyac yoxdur. Bundan əlavə belə addımlar heç bir reallığa, istənilən nəticənin əldə olunmasına səbəb olmayacaq".Aşot Yeqizaryan bildirib ki, Ermənistanın Türkiyə ilə birbaşa iqtisadi-ticari əlaqələri olmasa da, onun ölkəsi Türkiyə üzərindən müəyyən xammal məhsullarını almağa məcburdur. Hətta bu kimi ticarət dövriyyəsinin rəqəmləri də yüksəkdir – 300 milyon dollar: "Məhz bu baxımdan, Türkiyəni hətta qeyri-rəsmi olsa belə, Ermənistanın on ən aparıcı partnyorlarından hesab etmək olar".Yegizaryanın fikrincə, türk məhsulları regionda rəqabətə davamlıdır və əgər Ermənistan bu məhsulları başqası ilə əvəzləyə bilsəydi, bunu çoxdan edərdi.İqtisadçı bildirib ki, Ermənistan Türkiyəyə yalnız bir neçə növdə dəri göndərir: "Bizim onlara başqa nə isə verməyə heç bir məhsulumuz yoxdur. Buna rəğmən əgər siyasi çərçivədə türk məhsullarına qarşı embarqo qoyulsa, həmin məhsulları digər ölkələrin məhsulları ilə dəyişdirmək olar, sadəcə onda daha çox pul xərclənməli olunacaq."Hazırkı məqamda isə mövcud vəziyyət daha əlverişlidir. Digər ölkələrin məhsulları baha başa gələcək. Təbii ki, iqtisadi inkişaf statistik deyil və zaman-zaman dəyişikliklər baş verə bilər və daha ucuz məhsullar əldə edilər. Ancaq mən belə düşünmürəm ki, Ermənistan bu embarqodan nə isə qazanc əldə etsin" –deyə Aşot Yeqizaryan bildirib.
sia.az