PDF Oxu

Siyasət

  • 38

Politoloq: “Almaniya və Türkiyənin danışıqlara qoşulması problemin ədalətli həllinə kömək edə bilər” AÇIQLAMA

Politoloq: “Almaniya və Türkiyənin danışıqlara qoşulması problemin ədalətli həllinə kömək edə bilər” AÇIQLAMA

"Ermənistan hakimiyyəti may ayının 5-də qondarma Dağlıq Qarabağ Respublikasını müstəqil dövlət kimi tanımaq haqqında dinləmələrə başlayacağını açıqlayıb. Başını itirmiş işğalçılar bir-birinin ardınca siyasi səhvləri təkrar edirlər. Necə ki Rusiyanın Cənubu Osetiya və Abxaziya məsələsində edilən belə yanlışlığı beynəlxalq ictimaiyyətin qəti təzyiqi ilə üzləşdi". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.Onun fikrincə, əgər Ermənistan hakimiyyəti qondarma qurumu tanımaq haqqında qanun qəbul edərsə, Yerevan hakimiyyəti avtomatik olaraq danışıqlar prosesindən uaqlaşdırılacaq: "Çünki, artıq hüquqi cəhətdən Ermənistan danışıqlar tərəfi ola bilməz. Həmçinin, ATƏT-in Minsk qrupu da öz hüquqi mandatını itirmiş hesab ediləcək. 23 ildir fəaliyyət göstərən Minsk qrupu münaqişənin həllinin dondurulmasına və status-kvonun saxlanmasına xidmət edib və edir. Hesab edirəm ki, Minsk qrupu artıq bu formatda fəaliyyətini davam etdirə bilməz. Münaqişənin həlli yeni formatda davam etdirilməlidir. Almaniya və Türkiyənin danışıqlara qoşulması problemin ədalətli həllinə kömək edə bilər".

sia.az

Digər xəbərlər