PDF Oxu

Siyasət

  • 39

Elman Məmmədov: “Türkiyənin tələblərindən biri AB-yə üzv olmaqdır” AÇIQLAMA

Elman Məmmədov: “Türkiyənin tələblərindən biri AB-yə üzv olmaqdır” AÇIQLAMA

"Ümumiyyətlə Türkiyə dövləti illərdir ki, Avropa Birliyinə (AB) üzv olmağa çalışır. Təbii ki, bunun üçün də AB tərəfindən Türkiyənin qarşısına qoyulan tələblər, öhdəliklər çox yüksək səviyyədə yerinə yetirilir. Ancaq buna baxmayaraq, hər dəfə AB ortaya bir problem, etiraz çıxarır". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.Onun sözlərinə görə, son dövrlərdə AB və Avropa dövlətlərinin özlərinin günahı ucbatından miqrant axını yaranıb: "Əslində onlar miqrant deyil. Çünki onlar Qərb, ABŞ, Avropa dövlətlərinin günahı üzündən yaranan münaqişə ocaqlarından canlarını götürüb qaçan insanlardır. Yəni bu problemləri həll etmək, onların Avropaya axınının qarşısını almaq, müəyyən məsələləri həll etmək üçün Türkiyə üzərinə müəyyən öhdəliklər götürüb. Məhz bunun müqabilində də Türkiyə AB və Avropa İttifaqından tələb edir ki, müəyyən öhdəliklər, təminatlar olsun".E.Məmmədov əlavə edib ki, Türkiyənin tələblərindən biri də Avropa İttifaqına üzv olmaqdır: "Sadəcə olaraq Avropa İttifaqı qorxur? Çünki birdən-birə İttifaqa 80 milyondan artıq əhalisi olan bir müsəlman dünyası üzv olur. Bu zaman artıq vəziyyət dəyişir və çəkilər, qüvvələr nisbətində fərqlilik yaranır. Buna görə də hər cəhdlə Avropa dövlətləri, Avropa İttifaqı Türkiyənin bu birliyə üzvlüyünə mane olurlar. Ancaq bu, uzun davam etməyəcək. Qurum sonda məcbur olub Türkiyəni Avropa Birliyinə üzv qəbul edəcək. Çünki Türkiyə müasir və inkişaf etmiş Avropa dövlətidir".

sia.az

Digər xəbərlər