"Ümumiyyətlə hesab edirəm ki, Ermənistanın aprel ayındakı təxribatlarından sonra rəsmi Bakı BMT-də icra olunmayan 4 qətnamənin icrası üçün məsələ qaldıra bilər". Bunu SİA-ya millət vəkili Aytən Mustafayeva deyib.Onun sözlərinə görə, artıq bu qətnamələr haqqında ATƏT-in Minsk qrupunun nümayəndələri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da fikirlərini bildiriblər: "Bununla belə, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Mun da öz çağırışında, çıxışında qeyd etdi ki, BMT tərəfindən qəbul olunmuş qətnamələr icra olunmalıdır. Bu onu göstərir ki, artıq vəziyyət tamamilə dəyişib.Azərbaycanın bu illər ərzində əldə etdiyi nüfuz, özünü sülhməramlı, multikultural ölkə kimi göstərməsi, bu imici qazanması ona imkan verir ki, biz daha güclü dövlət kimi danışıqlarda iştirak edək. Məhz buna görə də ermənilərin canına vəlvələ düşüb. Bu gün Rusiya Azərbaycan kimi tərəfdaş dövləti itirmək istəmir. Bu mənada rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini artırıb".
sia.az