PDF Oxu

Siyasət

  • 53

Umud Rəhimoğlu: “Şura tərəfindən qəzetlər monitorinq olunur” MÜNASİBƏT

Umud Rəhimoğlu: “Şura tərəfindən qəzetlər monitorinq olunur” MÜNASİBƏT

"Ümumiyyətlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması insanlarda səbirsizlik yaradıb. Artıq insanların dözümü, səbri tükənmək üzrədir. Çünki bir milyondan artıq qaçqın və məcburi köçkünümüz öz yurdundan-yuvasından didərgin düşüb. İnsanlar sabaha ümidlə yaşayırlar ki, tezliklə torpaqlarımız geri qayıdacaq. Şuşanın işğalı günündə müharibənin olması barədə həm xarici, həm də yerli KİV-lərdə yayılan informasiyalar isə həm istək, həm də arzudur". Bunu SİA-ya Azərbaycan Mətbuat Şurasının (MŞ) sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.Onun sözlərinə görə, Şuşa şəhəri Azərbaycanın mədəniyyət mərkəzlərindən birincisidir: "Şuşa Azərbaycanın tərcümeyi-halında öz xüsusi yeri olan bir mədəniyyət məbədgahıdır. Hesab edirəm ki, bu cür məsələrə bizlər bir qədər anlaşıqlı yanaşmalıyıq. Mən müharibənin olacağı barədə yayılan fikilərə şayə deməzdim. Çünki bu, daxildən gələn arzu və istəkdir. Mətbuat Şurası bu cür məsələlərlə bağlı hansısa tədbirlər görmür. Amma qurum regionumuzda, təmas xəttində baş verən hadisələrlə bağlı məsələləri öz gündəliyində saxlayır və çalışır ki, obyektiv informasiyalar yayılsın. Bununla belə MŞ çalışır ki, düşmən tərəfinə bizim hərbi hissələrlə bağlı hər hansı məlumatların ötürülməsinin qarşısını alsın".U.Rəhimoğlu əlavə edib ki, MŞ jurnalistlərin fəaliyyətini izləyir və qəzetlər monitorinq olunur. Eləcə də hər hansı yayılan informasiyalar MŞ-nın diqqətindədir. Biz hansısa korrektə olunmayan informasiyaları həmin məlumatları yayan qurum rəhbərliyinə çatdırırıq. Qurum çalışır ki, məsələlər dövrün, zamanın, həssaslığın tələblərinə uyğun olsun".

sia.az

Digər xəbərlər