PDF Oxu

Siyasət

  • 50

Mayın 8-də müharibə başlaya bilərmi?

Mayın 8-də müharibə başlaya bilərmi?

Elçin Mirzəbəyli: "Azərbaycanın öz vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün istənilən addımları ata biləcəyi mümkündür"

Məlum olduğu kimi, cəbhədə gərginlik daha da dərinləşməkdədir. Düşmən azğınlıq nümayiş etdirərək, hətta dinc sakinlərin yaşadığı kəndlərimizi də mərmi atəşinə tutdu. ATƏT-in Minsk Qrupu həmsədrləri isə susurlar. Bu halda, sual yaranır: susqunluq nə zamana qədər davam edə bilər? Politoloq Elçin Mirzəbəyli isə "Səs" qəzetinə açıqlamasında bildirdi ki, cəbhədə gərginliyin davam etməsi ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin susqunluq nümayiş etdirməsi onların ənənəsinə xas olan xüsusiyyətdir: "Əgər bu günə qədər həmsədrlər Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ikili standat tətbiq etməsəydilər, şübhəsiz ki, problemin həlli istiqamətində ciddi nəticələr əldə etmək mümkün olardı. Amma həmsədrlər tərəfindən işğalçı Ermənistana qarşı hər hansı bir sərt sanksiya tətbiq olunmayıb. Mütəmadi olaraq, işğalçı ilə işğala məruz qalan ölkə arasında müəyyən bir balans yaradılmasına cəhd göstərilib. İndiki şəraitdə də, xüsusilə də, Ermənistan ordusunun Azərbaycanın mülki əhalisini atəşə tutduğu bir zamanda ATƏT-in Minsk Qrupu həmsədrlərinin baş verənlərə ciddi reaksiya verməməsi çox təəssüf doğuran bir haldır. Lakin bu hallar, eyni zamanda, fərqli bir president də yaradır. Yəni belə bir situasiyada Azərbaycan sərt addımlar atmaq məcburiyyətində qalacaqdır".

Politoloqun sözlərinə görə, mülki əhalisinin təhlükəsizliyinin təmin olunması istiqamətində Azərbaycan dövləti öz üzərinə düşən məsuliyyəti reallaşdırmalıdır: " Birmənalı şəkildə demək olar ki, təhlükəsizliyinin təmin olunmasının əsas yolu Ermənistanın hərbi cəhətdən məhv edilməsi və işğal altında olan ərazilərin boşaldılmasından keçir".

"İddia olunur ki, mayın 8-də Dağlıq Qarabağda müharibə başlaya bilər. Yayılan və yazılan bu məlumatlar nə dərəcədə realdır" sualına cavab olaraq E.Mirzəbəyli qeyd etdi ki, bəzi şəxslər mayın 8-də Dağlıq Qarabağda müharibənin başlaması ilə bağlı yayılan və yazılan bu məlumatları Şuşanın işğalı ilə əlaqələndirilər: "Həm siyasi, həm də hərbi qərarların verilməsində heç vaxt tarix faktlar, gün, ay və həftələr nəzərə alınmır. Yəni reallıq nəyi tələb edirsə, o istiqamətdə də addımlar atılır. Demək olar ki, mayın 8-də Dağlıq Qarabağda müharibə başlaması ilə bağlı məlumatların yayılması müxtəlif şəxslərin fərziyyələridir. Dağlıq Qarabağda deyil, Azərbaycanın öz vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün istənilən addımları ata biləcəyi mümkündür. Bunun üçün xüsusi bir tarixin müəyyənləşdirilməsinə və elan olunmasına ehtiyac yoxdur. Əgər indiki şəraitdə Ermənistan təxribatlarını davam etdirəcəksə və danışıqlar prosesinə qoşulmayacaqsa şübəsiz ki, Azərbaycan istənilən anda belə addımları atmaq hüququnu özündə saxlayır".

GÜLYANƏ

Digər xəbərlər