PDF Oxu

Siyasət

  • 59

AHİK-də qaliblərinin mükafatlandırılması mərasimi keçirildi

AHİK-də qaliblərinin mükafatlandırılması mərasimi keçirildi

2016-cı il mayın 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Ümumdünya əməyin mühafizəsi gününə (28 aprel) həsr olunmuş "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.SİA-nın məlumatına görə, tədbirdə AHİK sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev məruzə ilə çıxış edib.Məruzəçi bildirib ki, Azərbaycan Həmkarlar İttifaqlarının istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınmasında fəaliyyət formalarından biri də 28 aprel Ümumdünya əməyin mühafizəsi gününə həsr edilmiş aksiyalarda iştirak etməsidir.Müəssisələrdə əməyin mühafizəsi və təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsinin əsas məqsədi işçilərin sağlamlığının, rifah halının və əmək məhsuldarlığının həm bütün kollektiv miqyasında, həm də fərdi olaraq hər bir işçi üçün təmin edilməsindən ibarətdir. Öz üzvlərinin sosial müdafiəsinin təmin edilməsi məqsədi ilə Azərbaycan həmkarlar ittifaqları ilbəil təkmilləşən Baş Kollektiv Saziş, Tarif Sazişi, kollektiv müqavilə institutlarından geniş istifadə edirlər.S.Mehbalıyev qeyd edib ki, AHİK tərəfindən işlənib hazırlanmış, sosial tərəfdaşlarla razılaşdırılmış və imzalanmış 2016-2017-ci illər üçün Baş Kollektiv Sazişdə sosial yönümlü vacib aktual məsələlər, o cümlədən əməyin və sağlamlığın mühafizəsi, ekoloji təhlükəsizlik məsələləri əksini tapıbdır.Baş Kollektiv Sazişdə əldə edilmiş razılaşmaya əsasən əməyin təhlükəsizliyinə və sağlamlığın təmin edilməsinə dair Milli strategiyanın qəbul edilməsi, vətəndaşların tibbi sığortasının tətbiqi, əməyin mühafizəsinə dair norma və standartlara dair milli informasiya sisteminin yaralılması nəzərdə tutulubdur.AHİK-in təklifi və sosial tərəfdaşların dəstəyi ilə Milli Məclis tərəfindən "Texniki təhlükəsizlik haqqında", "İstehsalatda bədbəxt hadisə və peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsinin icbari sığortası haqqında" qanunlar qəbul edilib. Əmək Məcəlləsinə və Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilib ki, bu dəyişikliklər sayəsində iş rejimi, müəssisələrdə əməyin mühafizəsi xidmətinin yaradılması üçün işçi sayı reqlamenti, zərərli iş şəraitində işləyənlərə profilaktik yemək verilməsinə xərclənən vəsaitin vergidən azad edilmə məsələlərini əhatə edən maddələr qəbul edilib və mövcud maddələr optimallaşdırılıb. İş şəraitinin temperatur reqlamentində dəyişiklik edilib, ilin isti və soyuq vaxtlarında işçilərə fasilələr verilməsi və işin dayandırılması nəzərdə tutulub.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Beynəlxalq Həmkarlar İttifaqı hərəkatının, Beynəlxalq Əmək Təşkilatının ənənələrini davam etdirərək əməyin mühafizəsi mədəniyyətinin formalaşması və inkişafına diqqəti cəmləşdirərək təşkilati və praktiki tədbirlər keçirməklə əməyin mühafizəsi məsələlərinin daha geniş miqyasda həll edilməsi məqsədi ilə təkcə həmkarlar ittifaqı fəallarını, mütəxəssisləri və ictimaiyyəti cəlb etməklə kifayətlənmir, işəgötürənləri layiqli sağlam və təhlükəsiz iş şəraiti yaratmağa stimullaşdırır.AHİK sədri deyib ki, son illər ərzində AHİK-in təşəbbüsü ilə bir sıra tematik baxışlar və müsabiqələr keçirilib. 2009-cu ildən başlayaraq hər il "Sağlam və təhlükəsiz əmək şəraiti yaratmaqda ilin ən yaxşı müəssisəsi və təşkilatı" adı uğrunda müsabiqə keçirilir.Müsabiqə elan olunduğu gündən bəri 251 müəssisə və təşkilat işçilərin əmək şəraitinin yaxşılaşdırılmasında əla nailiyyətlər əldə edərək qalib elan olunub, fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.Bu işdə 2015-ci il müsabiqəsi müəyyən yer tutur.AHİK sədri tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, keçirdiyimiz bütün müsabiqələrdə ümumilikdə 7 il ərzində 7368 müəssisə iştirak edib, onlardan 251 qalib hesab ediliblər. Bu o deməkdir ki, 7368 müəssisənin işəgötürənləri müsabiqədə iştirak etmək üçün təşəbbüs və fəallıq göstərib, müvafiq tədbirlər həyata keçirib, müəssisələrində işçilərə sağlam və təhlükəsiz iş şəraiti yaratmağa çalışıblar. Mən məmnuniyyətlə qeyd etməliyəm ki, həqiqətən də xeyli müsbət nəticələr əldə edilib. Amma bunların arasından 251 müəssisə qalib elan edilibsə, deməli həmin müəssisələr bizim müsabiqənin tələblərinə, standartlara cavab verə biləcək bir səviyyəyə çatıblar. Hesab edirəm ki, bu işin davam etdirilməsi həm bizim, həm də işəgötürənlərin xeyrinə olacaqdır. Nəticədə isə işçilərimiz sağlam və təhlükəsiz iş şəraiti ilə təmin olunacaqlar.Keçən il keçirilən "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" devizi ilə əlaqədar respublika müsabiqəsinin 2015-ci ilin yekunlarının nəticəsinə görə AHİK-in müsabiqə komissiyası 155-dən çox müəssisənin namizədliyini İcraiyyə Komitəsinin müzakirəsinə çıxarıb və sahə həmkarlar ittifaqını təmsil edən 42 müəssisə, təşkilat, sex və sahə daim yüksək göstəricilərə nail olduğuna görə qalib elan olunub.Çıxışının sonunda S.Mehbalıyev "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" Respublika müsabiqəsi qaliblərini qazandıqları bu yüksək nailiyyətə görə tədbir iştirakçıları adından və şəxsən öz adından təbrik edib, onlara gələcək əmək fəaliyyətlərində uğurlar arzulayıb.Tədbirdə daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Beynəlxalq Əmək Təşkilatının (BƏT) Azərbaycandakı Milli Əlaqələndiricisi Yaşar Həmzəyev və digərləri çıxış ediblər.Mərasimin sonunda "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" respublika müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilibdir.

"Heydər Əliyev irsində hərb tarixi"

Silahlı Qüvvәlәrin Hәrbi Akademiyasında Müdafiә nazirinin tәsdiq etdiyi "Azәrbaycan Respublikasının Silahlı Qüvvәlәrinin 2016-cı ildә elmi iş planı"na әsasәn mayın 4-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev irsində hərb tarixi" mövzusunda elmi konfrans keçirilib.SİA-nın məlumatına görə, konfransda Milli Məclisin deputatları, ölkәnin 50-dən çox nazirlik, komitә, ali tәhsil, o cümlədən xüsusi təyinatlı hərbi təhsil müәssisәlərinin nümayəndələri, idarә vә elmi mәrkәzlәrdәn 350-dәn artıq təmsilçi iştirak edib.Əvvəlcə ümummilli lider Heydәr Әliyevin vә torpaqlarımızın azadlığı uğrunda şәhid olan hәmvәtәnlәrimizin әziz xatirәsi bir dәqiqәlik sükutla yad edilib. Dövlәt himni səsləndirilib. Sonra təbrik sözü ilə çıxış edәn Müdafiə naziri general-polkovnik Zakir Hәsәnov Silahlı Qüvvәlәrimizin tәmәlinin ümummilli lider Heydәr Әliyev tәrәfindәn qoyulduğunu, bu gün isә Azәrbaycan Respublikasının Prezidenti cәnab İlham Әliyevin rәhbәrliyi ilә regionun әn güclü ordusu olduğunu konfrans iştirakçılarının diqqәtinә çatdırıb. Nazir hərb tarixinin aktual problemləri və onun prioritet inkişaf istiqamətləri barədə fikirlərini bildirib, konfrans iştirakçılarına işlərində müvəffəqiyyətlər arzulayıb.

"Heydər Əliyev irsində hərb tarixi" mövzusunda hazırlanmış filmin nümayişindən sonra konfrans iştirakçılarını təbrik etmək üçün söz Azәrbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik Akif Əlizadəyə verilib. Akademik ümummilli lider Heydәr Әliyevin Azərbaycan Ordusunun yaradılmasında misilsiz uğurlarından danışaraq qoşunların son nailiyyətlərinin cəmiyyətdə yaratdığı inam və ruh yüksəkliyindən söz açıb və konfransın işinə müvəffəqiyyətlər arzulayıb.Sonra Silahlı Qüvvәlәrin Hәrbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyevin, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyevin, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlının və Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyevin məruzələri dinlənilib. Məruzələrdən sonra konfrans iştirakçıları adından Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət qəbul olunub. Konfransın plenar hissәsinin sonunda Silahlı Qüvvәlәrin Hәrbi Akademiyası ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyi arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.Plenar hissәdən sonra 40 nəfərdən ibarət işçi qrupu işini "Heydər Əliyev və Azərbaycanda hərb tarixi elminin əsas istiqamətləri" mövzusunda məruzə və müzakirələrlə davam etdirib. Konfransda bildirilib ki, elmi cәhәtdәn mühüm әhәmiyyәt kəsb edən bu tәdbir qarşıya qoyulan bir sıra mәsәlәlәrin hәllində böyük rol oynayıb. Burada sәslәndirilәn çıxışlar, mәruzәlәr, o cümlәdәn 40 müәllif tərəfindən konfransın tәşkilat komitәsinə daxil olmuş 25-dən artıq elmi mәqalә müvafiq jurnallarda dәrc olunacaq.

sia.az

Digər xəbərlər