PDF Oxu

Siyasət

  • 49

Qaradağda Ümumilli Liderin doğum günü qeyd olunub

Qaradağda Ümumilli Liderin doğum günü qeyd olunub

Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzində Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə millət vəkilləri, ziyalılar və hökumət nümayəndələri iştirak edib.Tədbirdən öncə Ulu Öndərin abidəsi ziyarət olunub və önünə gül dəstələri qoyulub.Mərasim Ümumilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video-çarxın nümayişi ilə başlayıb.Tədbirin açılışını edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov dahi siyasi xadim Heydər Əliyevin hakimiyyətdə olduğu illərində gördüyü işlərdən danışıb: "Heydər Əliyev iqtisadi cəhətdən geridə qalmış dövləti SSRİ-nin ən qabaqcıl ölkələri ilə bir səviyyəyə yüksəltdi. Ulu Öndər ikinci dəfə hakimiyyətə gələndə Azərbaycanda hərc-mərclik hökm sürürdü. O, parçalanmaqda olan Azərbaycanı Qərbin və Rusiyanın təzyiqlərindən qurtarmağa müvəffəq oldu. Heydər Əliyevin uğurlu neft strategiyası Azərbaycanı ən inkişaf etmiş dövlətə çevirdi. Ölkəmizin bu gün bəşəri əhəmiyyətə malik beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Ümumilli Liderin siyasi fəaliyyətinin nəticəsidir".Çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Məmmədovun sözlərinə görə, Heydər Əliyevin xidmətlərini müstəqil Azərbaycan dövləti ilə eyniləşdirmək olar. O, fransız sosioloqlarının dövlətçilik ənənələri haqqında "Dövlət xalqın siyasi təşkilat formasıdır" tezisini tədbir iştirakçılarının diqqətinə çatdıraraq bildirib ki, Heydər Əliyev xalqı siyasi cəhətdən təşkilatlandırmaq missiyasını üzərinə götürən liderdir: "Ulu Öndər liderliyin bütün təsnifatlarını özündə cəmləşdirirdi. 90-cı illərdə ölkədə müxtəlif, çoxsaylı sosial təbəqələr var idi. Azərbaycan daxili mikrostrukturlu deqradasiyaya uğrayırdı. Heydər Əliyev etimad mühitinə söynərək xalqı vahid ideologiya altında birləşdirdi, Azərbaycanı funksional dövlətə çevirdi. Siyasi xadim tarixi ənənələrini qoruyan mühafizəkar, amma liberal dövlət yaratdı".Hikmət Məmmədov həmçinin qeyd edib ki, son günlər ölkəmizdə keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, həmçinin, cəbhənin təmas xəttində baş verən gərginliklər Azərbaycanın gücünü bütün dünyaya sübut etdi.Millət vəkili Aydın Hüseynov çıxış edərək Ümumilli Liderin siyasi fəaliyyətinə nəzər salıb: "Heydər Əliyev SSRİ-nin dövlət təhlükəsizlik sistemində general rütbəsinə qədər yüksəldiyi zamanlarda artıq azərbaycançılıq idealogiyasını formalaşdırmağa başlamışdır. Ulu Öndər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi seçiləndə ümumilli liderlə bərabər, partiyada başqa liderlər də var idi. Müəyyən zaman keçəndən sonra həmin siyasi rəhbərlər arxivə qovuşdu. Lakin Heydər Əliyev bu gün də yaşayır. Hələ 1969-cu ildə Azərbaycan SSRİ-də ən geridə qalmış aqrar ölkə idi. Ümumilli Lider qısa müddətdə Azərbaycanı sənaye ölkəsinə çevirdi. Ulu öndər yenidən hakimiyyətə gəlməsəydi, ölkədə 1920-ci illərdə baş verən hadisələr təkrar olacaqdı. Bu gün Azərbaycan tolerant, inkişaf etmiş dövlətlərlə ayaqlaşan, yeni modelə sahib ölkədir. Bu, Heydər Əliyevin və onun layiqli davamçısı, ölkə başçısı İlham Əliyevin uğurlu strategiyasının məhsuludur"."Səs" Media Qrupun rəhbəri Bəhruz Quliyev çıxış edərək qeyd edib ki, Heydər Əliyev güclü siyasi lider olmaqla yanaşı, eyni zamanda, hərtərəfli formalaşmış, intellektual şəxsiyyət idi: "1967-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsində çalışaraq Azərbaycanın milli kimliyini qorumaq çox çətin və məsuliyyətli iş idi. Ulu Öndər bu şərəfli vəzifəni icra edərək milli ruhlu, vətənpərvər insanları SSRİ-nin xüsusi xidmət orqanlarının repressiya maşınından qurtarmağa müvəffəq oldu. 1969-cu ildən Azərbaycanın rəhbəri kimi ölkədə yeni sənaye müəssisələri inşa etdirdi, savadlı kadrların formalaşmasına şərait yaratdı. Xüsusilə qeyd etmək istəyirəm ki, Ulu Öndər Heydər Əliyev universal şəxiyyət idi. O, hər peşə sahibi ilə bu sahəyə aid söhbətlər apara, məsləhətlər verə bilirdi. Dahi siyasətçi hər birimiz üçün örnək idi. Ulu öndər müəllim kimi xalqa vətəni sevməyi öyrətdi. O, millətin həkimi idi, 1918-ci ildən qanayan yaramıza məlhəm qoydu, sağaltdı. Dahi lider həm də güclü, peşəkar hərbçi idi. General-mayor rütbəsinə qədər yüksələn Heydər Əliyev Vətənin müstəqilliyi yolunda canından keçməyə hazır idi. Dahi şəxsiyyət eyni zamanda, siyasi lider kimi idarəetmədə öndərlik edirdi.Heydər Əliyev təkcə müstəqil deyil, eyni zamanda, hüquqi dövlət yaratmağa nail olaraq, Azərbaycan xalqına Prezident İlham Əliyev kimi güclü siyasi lider miras qoydu. Bu gün biz öz gücünü dünyada təsdiqləyən bir ölkənin vətəndaşlarıyıq və bu şərəfli ideologiyaya xidmət etməkdən qürur duyuruq".Sonda Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov İlham Əliyevin siyasi fəaliyyəti haqqında qısa məlumat verərək tədbiri yekunlaşdırıb.

Digər xəbərlər