Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin təşəbbüsü ilə bir qrup gənc Şuşanın işğalı günü ilə bağlı Milli İncəsənət Muzeyinin bağında yerləşdirilmiş "Güllələnmiş heykəllər" kimi tanınan, Şuşada vandalizmə məruz qalmış Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşidbanu Natəvanın heykəllərini ziyarət ediblər. Gənclərə 24 il bundan əvvəl bütün dünyanın gözü qarşısında Ermənistan tərəfindən Şuşada törədilmiş vəhşilikləri və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar barədə geniş məlumat verilib.
Məlumatlarda qeyd olunub ki, məhz Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin səyləri nəticəsində, Onun şəxsən müdaxiləsindən sonra bu heykəllərin işğalçılardan geri alınmasına nail olunub və onların paytaxta gətirilməsi həyata keçirilib.
Gənclər də, öz növbələrində bildiriblər ki, Azərbaycanın tarixi şəxsiyyətlərinin heykəl və abidələrinin erməni vandalizminə məruz qalmaları bir daha işğalçı Ermənistan rəhbərliyinin iç üzünü ifşa edir. Onlar, o cümlədən, qeyd ediblər ki, zaman-zaman erməni vəhşiliyi barədə bu kimi məlumatların dünyaya çatdırılmasında səylərini əsirgəməyəcəklər. Gənclər Birliyinin fəalları bildiriblər ki, onların hər biri ölkə Przezidenti, Ali Baş Komandan İlham Əliyev Cənablarının ətrafında sıx biləşərək, torpaqlarımızın işğaldan azad olunması əmrinə hər an hazırdırlar.
RÖVŞƏN