PDF Oxu

Siyasət

  • 45

Qax rayonunda Ulu Öndərin xatirəsinə həsr olunmuş idman tədbiri keçirilib

Qax rayonunda Ulu Öndərin xatirəsinə həsr olunmuş idman tədbiri keçirilib

Dünən Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş stolüstü tennis idman növü üzrə rayon birinciliyi keçirmişdir. YAP Qax rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibətilə tədbirlər planına müvafiq olaraq silsilə tədbirlər həyata keçirir. Ulu Öndərin əziz xatirəsinə rayon təşkilatı 5 may 2016-cı il tarixdə stolüstü tennis idman növü üzrə rayon birinciliyi keçirmişdir. İlk öncə yarış iştirakçıları Ulu Öndərin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə tər gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Stolüstü tennis yarışmasına rayonun bir sıra təşkilat və müəssisələrində çalışan işçilər qatılmışlar. Yarışmanı giriş sözü ilə YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov açaraq qeyd etdi ki, bu gün müstəqil Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin möhkəm təməl üzərində qurduğu yol ilə uğurla gedir.

Dahi Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Milli Lider və xalq məhəbbətini qazanan Öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi-siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada, o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan Milli Liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi. Heydər Əliyev əbədi olaraq xalqımızın qəlbində yaşayacaqdır. N.Əhmədov yarışa start verdi və iştirakçılara uğurlar arzuladı. Rayon ictimaiyyəti tərəfindən maraqla izlənilən yarışmada Nəsib Həbilov I yerə , Saleh Məmmədov II yerə, Xəlil Abakarov III yerə layiq görüldülər.

Qaliblər YAP Qax rayon təşkilatı tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunublar.

Rəfiqə

Digər xəbərlər