PDF Oxu

Siyasət

  • 28

Ümumilli Lider DSX-nın Akademiyasında anılıb

Ümumilli Lider DSX-nın Akademiyasında anılıb

Ulu Öndər Heydər Əliyevin 93-cü ildönümü münasibəti ilə may ayının 3-də Dövlət Sərhəd Xidmətinin Akademiyasında tədbir keçirilib. SİA-nın məlumatına görə, Dövlət himni səsləndikdən sonra Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.Tədbirdə çıxış edən millət vəkili Elman Nəsirov dövlətçilik tariximizdə müstəsna yeri olan Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsini, müasir Azərbaycan dövlətinin qurulmasını və xalqımızın müstəqillik arzusuna çatmasını qeyd edib. Məhz Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək şərqlə qərb arasında etibarlı körpü rolunu oynamağa başlaması və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilməsi bildirilib.Ölkəmizin ictimai-siyasi, iqtisadi-mədəni həyatının bütün sahələrinin inkişafının Ulu Öndərin adı ilə bağlı olması, dünya şöhrətli siyasi xadimin qətiyyətli və uzaqörən fəaliyyətinin müasir Azərbaycanın, Azərbaycan xalqının, milli dövlətçiliyin inkişafı və möhkəmlənməsi tarixi olduğu qeyd edilib.Ulu Öndərin imzaladığı fərman və sərəncamlarla, Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti ilə keçirdiyi görüşlərdə verdiyi tapşırıqlarla milli sərhəd siyasətimizi formalaşdırması, ölkəmizin sərhəd mühafizəsinin inkişaf strategiyasını müəyyənləşdirməsi xüsusi vurğulanıb. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə istər daxili, istərsə də xarici siyasət sahəsində əldə edilən uğurların Ulu Öndərin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyalarının təntənəsi olduğu minnətdarlıq hissi ilə xatırlanıb.Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

sia.az

Digər xəbərlər