PDF Oxu

Siyasət

  • 56

“Sərhəd keçid məntəqələrində DMX-nın strukturu fəaliyyət göstərsin” TƏKLİF

“Sərhəd keçid məntəqələrində DMX-nın strukturu fəaliyyət göstərsin” TƏKLİF

Milli Məclisin bugünkü iclasında deputat Əflatun Amaşov sərhəd keçid məntəqələrində Dövlət Miqrasiya Xidmətinin strukturunun fəaliyyət göstərilməsi ilə bağlı çıxış edib. SİA-nın xəbərinə görə. deputat bildirib ki, sərhəd keçid məntəqələrində Miqrasiya Xidmətinin sturukturunun fəaliyyət göstərilməsi ölkəyə gələn əcnəbilərlə yanaşı, başqa ölkənin vətəndaşı olan azərbaycanlıların da işini yüngülləşdirəcək."230 minə yaxın azərbaycanlı Gürcüstanda rəsmi, 350 mini isə qeyri-rəsmi yaşayır. Minlərlə ailələr var ki, tərəflərdən biri Gürcüstan vətəndaşıdır və o, 3 aydan bir sərhədi keçməlidir. Qanunvericiliyə əsasən, ölkəyə gələn əcnəbilər 10 gün müddətinə qeydiyyata düşməlidir. Bəzən müəyyən məsələlərlə əlaqədar onlar qeydiyyata düşə bilmirlər və nəticə etibarı ilə ya cərimə olunur, ya da onların ölkəyə gəlməsinə məhdudiyyətlər qoyulur. Bu baxımdan sərhəddə Dövlət Miqrasiya Xidmətinin strukturunun fəaliyyət göstərməsini təklif edirəm. Gürcüstandan təkcə azərbaycanlılar deyil, başqa millətlərin də nümayəndələri gəlir. Onlar da sərhəddə qeydiyyata düşmək üçün bu dəyişiklikdən əlverişli istifadə edə bilərlər"- deyə, Ə. Amaşov vurğulayıb.Millət vəkili Azərbaycanda istifadəsinə icazə verilən dərmanların Gürcüstanda vətəndaşlara yaratdığı problemlərdən də danışıb: "Gürcüstanda qadağan olunan elə dərman var ki, onların Azərbaycanda istifadəsinə icazə verilir. Nəticədə burada həmin dərmanı reseptsiz alıb, Gürcüstana aparan şəxs çətinliklərlə üzləşir. Onlar hətta cərimə ödəməli olur. Təklif edirəm ki, bu problem də hansısa qaydada tənzimlənsin".Spiker Oqtay Əsədov təklifə cavab olaraq söyləyib ki, sərhəddə Dövlət Miqrasiya Xidmətinin strukturunun yaradılması məsələsinə baxıla bilər, lakin ikinci qaldırdığınız məsələ Gürcüstanın daxili məsələsidir.

sia.az

Digər xəbərlər