PDF Oxu

Siyasət

  • 46

Abşeronlu gənclər Ulu Öndər Heydər Əliyevi anıblar

Abşeronlu gənclər Ulu Öndər Heydər Əliyevi anıblar

Abşeron rayon Heydər Əliyev Mərkəzində YAP Abşeron rayon təşkilatı gənclər birliyinin və Abşeron rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş yığıncaq keçirilib. Tədbir iştirakçıları ilk öncə Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək, önünə tər gül-çiçək dəstələri düzüblər. Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən YAP Abşeron rayon təşkilatı gənclər birliyinin sədri Elgün Hümbətov Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən geniş bəhs edib: "Azərbaycan bəşəriyyətə verdiyi tarixi şəxsiyyətləri ilə daim öyünüb, fəxr edib. Adı ölkəmizdən çox-çox uzaqlarda şöhrət tapmış dövlət xadimləri, siyasətçilər və uzaqgörənliyi ilə tanınan müdrik şəxsiyyətlər haqqında söz düşəndə, ilk növbədə, Ümummilli Lider Heydər Əliyevin adı çəkilir. Təməlini Ulu Öndər Heydər Əliyevin qoyduğu milli dövlətçilik ideologiyası bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Dövlətimizin başçısının daxili və xarici siyasəti sayəsində müstəqilliyi tam təmin olunan Azərbaycan durmadan inkişaf edir, çiçəklənir və qüdrətli dövlətə çevrilir".

Abşeron rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev çıxış edərək bildirib ki, müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsini öyrənmək hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin vətəndaşlıq borcudur. Məhz bu ruhda formalaşan gənclik əsl vətənpərvər vətəndaş olaraq öz ölkəsinin mənafeyini qoruya bilər. Biz sevinirik ki, bu gün Heydər Əliyev ideyası ölkəmizdə uğurla həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyevin Azərbaycanda həyata keçirdiyi dünya miqyaslı layihələr Heydər Əliyev arzularının təzahürüdür.

Daha sonra çıxış edən Abşeron rayon Heydər Əliyev Mərkəzinin direktoru Tükəzban Həsənova qeyd edib ki, azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Ulu Öndər Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəklşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.

Tədbirdə rayon Təhsil Şöbəsinin tarix üzrə metodisti Zərifə Cəbiyeva, Mehdiabad 3 saylı məktəbin tarix müəllimi İlqar Rüstəmov, rayonun fəal gənclərindən Şamo Əliyev, Rəşad Baxşəliyev və başqaları çıxış edərək dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olduğunu vurğulayıblar.

Samir

Digər xəbərlər