PDF Oxu

Siyasət

  • 40

Ümummilli Lider Heydər Əliyevin 93-cü ildönümünü münasibəti ilə "Xəmsə" milli-intellektual oyunu keçirilib

Ümummilli Lider Heydər Əliyevin 93-cü ildönümünü münasibəti ilə "Xəmsə" milli-intellektual oyunu keçirilib

Dünən Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və YAP Binəqədi rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin 93-cü ildönümünü münasibəti ilə Bakının rayonlarının, eləcə də Sumqayıt şəhər gənclərinin iştirakı ilə "Xəmsə" milli-intellektual oyunu keçirilib. Əvvəlcə tədbir iştirakçıları Binəqədi rayon təşkilatının inzibati binasının qarşısındakı Ümummilli Liderin abidəsi önünüə gül dəstələri qoyublar.

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin sədri Mahmud Məmmədzadə cəmiyyətin ictimai-siyasi, mədəni həyatında yaxından iştirak edən və aparıcı təbəqə olan gəncliyə hər zaman dövlət tərəfindən diqqət yetirildiyni bildirib. Azərbaycan Prezidenti İlham Əliyev gənclərə hər zaman malik olduqları qabiliyyət və intellektual imkanları müqabilində geniş meydan verərək, bu nəslə həssaslıqla yanaşdığını bildirən M.Məmmədzadə qeyd edib ki, bu sahədə dövlət tərəfindən həyata keçirilən çoxşaxəli tədbirlərin Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin məntiqi davamıdır.

Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın ictimai-siyasi həyatındakı roluna nəzər salaraq, Azərbaycanın Yaradıcısı və Qurucusu Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və ölkənin müstəqillik sütunlarının möhkəmlənməsini qeyd edib. O, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkənin bütün sahələrində həyata keçirilən uğurlu layihələrə nəzər salaraq, dövlət- gənclər siyasətinə də diqqət yetirib. R.Göyüşov vurğulayıb ki, həyata keçirilən dövlət-gənclər siyasəti nəticəsində gəncləri ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakı üçün geniş imkanlar yaradılıb: "Ölkəmizdə müstəqillik illərində böyük, vətənpərvər gənclər ordusu yaranmışdır. Bu gənclik Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, ölkədə uğurlu islahatların həyata keçirilməsinə, dövlət qarşısında duran vacib problemlərin həllinə öz sanballı töhfəsini verir".

YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxışında Azərbaycanın güclü dövlət olduğunu bildirərək, qazanılan uğurlara diqqəti yönəltdi: "Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyanın stabil dövlətlərindən birinə çevrilib. Bu stabillik nəticəsində ictimai həyatın bütün sahələrində tərəqqi əldə olunub. Ölkəmizin gələcəyi, sahibi gənclərdir. İnanıram ki, hər bir gənc məsuliyyəti dərk edir və qiymətləndirir. Müasir dövrümüzdə Azərbaycan gənclərinə dövlət səviyyəsində ayrılan böyük diqqət onların ölkənin sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə daha fəal iştirakının təmin edilməsinə şərait yaradılıb. Cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunması diqqətdə olan məslələrdəndir".

Binəqədi rayonu İdman və Gənclər İdarəsinin rəisi Qüdsi Bayramov gənclər arasında belə intellektual yarışın məhz burada- Binəqədi rayonunda keçirilməsindən qürur duyduğunu bildirib. Belə tədbirlərə gənclərimizin böyük fəallıqla qatıldıqları bildirərək, onların Ulu Öndərimiz Heydər Əliyev ideyalarının təbliğində oynadığı əhəmiyyətli rolundan danışıb. İntellektul oyunda gəncləri fəal olmağa çağırıb və onların hər birinə uğurlar arzulayıb. O bidirib ki, bu qədər gəncləri olan ölkənin, xüsusilə, yüksək intellektə malik olan gənclərin yaşadığı ölkənin gələcəyi də parlaqdır.

Çıxışlardan sonra intellektual yarışa start verilib. Müəyyən mərhələlərdən ibarət olan yarışda gənclərə Heydər Əliyevin həyat və fəaliyyəti, ölkənin tarixi, coğrafiyası, milli-mənəvi dəyərlərimizlə bağlı suallar ünvanlanıb.

Sonra yarışın qalibləri müəyyənləşdirilib. I yerin qalibi olan Binəqədi rayon komandasına kubok, fəxri fərman və medal, II yerin qalibi Sumqayıt şəhər komandasına və III yerin qalibi olan Xəzər rayon komandasına fəxri fərman və medallar təqdim olunub.

Yarışa yekun vurulduqdan sonra gənclər üçün çay süfrəsi təşkil olunub.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər