PDF Oxu

Siyasət

  • 46

Müstəqil Azərbaycanın banisi

Müstəqil Azərbaycanın banisi

YAP Səbail rayon təşkilatında Ümummilli Liderin 93-cü ildönümü ilə bağlı tədbir keçirilib

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının qərargahında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar tədbir keçirib.

Tədbiri YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev açaraq bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqı və dövlətimiz qarşısında misilsiz xidmətlər göstərib.

Ulu Öndər Heydər Əliyevə həsr olunmuş vidio-filim nümayiş etdirildikdən sonra çıxış edən YAP Səbail rayon təşkilatının sədri Ş.Hacıyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinin məntiqi nəticəsi olaraq Azərbaycanın dövlət müstəqilliyinın dönməzliyi tam təmin olunmuş, beynalxalq aləmdə respublikamızın müsbət imici formalaşmışdır.

Tədbirdə ADİU-nin professoru Əvəz Bayramov Ulu Öndər Heydər Əliyev istər keçmiş sovetlər dönəmində, istərsə də 1993-cü ildən sonra ölkənin iqtisadi və sosial inkişafı istiqamətində mühüm addımlar atdığını, Azərbaycanın ən yüksək zirvələri fəth etməsinə böyük zəmin yarandığını qeyd edib. Ə.Bayramov onu da vurğulayıb ki, bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi düzgün yolla uğurla irəliləyərək, ən yüksək zirvələri fəth edir, mühüm uğurları ilə dünyanın diqqətindədir. Bu uğurlar Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində daha da artmaqdadır.

Görüşdə ADU-nun prorektoru, prof. Vilayət Əliyev Ulu Öndər Heydər Əliyevin doğum gününün milli bayram səviyyəsində qeyd olunduğunu söyləyib: "Ümummilli Liderimizin doğum günü ərəfəsində bir araya gələrək, bu BÖYÜK ŞƏXSİYYƏT barədə fikirlərimizi bölüşərkən, bir daha hiss edirik ki, DAHİ ÖNDƏR Heydər Əliyev haqqında nə qədər ibrətamiz fikirlər deyilsə də, yenə də nəyi isə deməyiblər. Bax, bu hiss, bu fikir neçə illərdir ki, yaranır və bunun özü Heydər Əliyev şəxsiyyətinin əlçatmaz bir zirvə olduğunu göstərir".

Tədbirdə "SƏS" Media Qrupunun rəhbəri Bəhruz Quliyev, YAP Səbail rayon təşkilatının idarə heyətinin üzvü Rizvan Vahabov və başqaları çıxış edərək Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən geniş bəhs ediblər. Çıxış edənlər vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının ƏBƏDİ, DAHİ LİDERİDİR və Ulu Öndərimizin adı bu gün, sözün həqiqi mənasında, Azərbaycan dövlətini rəmzi kimi səslənir. Bugünkü güclü, qüdrətli Azərbaycanı O, öz əlləri ilə yaradıb, onun müstəqilliyini əbədi yaşadıb, inkişaf etdirib, bütün dünyaya tanıdıb. "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" kəlamı da dünyanın ən böyük azərbaycanlısı, Ulu Öndər Heydər Əliyevə məxsusdur. Məhz bu faktor bir daha sübut edir ki, bizlər azərbaycançılıq məfkurəsinin qoruyub-saxlanılmasında, inkişaf etdirilməsində səylə çalşmalıyıq.

R.HÜSEYNOVA

Digər xəbərlər