Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı bu deviz altında silsilə tədbirləri davam etdirir
Dünən tədbirlər planına uyğun olaraq YAP Yevlax rayon təşkilatı ilə Yevlax Şəhər Təhsil Şöbəsinin birgə elan etdiyi məktəblilər arasında inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirilib. Tədbirdə iştirak edən Yevlax şəhər icra hakimiyyəti başçısının müavini Elnarə Məmmədova , YAP Yevlax rayon təşkilatı qadınlar şurasının Sədri Əminə Əhmədova Ulu Öndər Heydər Əliyevin həyat fəaliyyətindən geniş söhbət açdılar. Onlar şagirdlərdə Heydər Əliyev məhəbbətinin bu cür təntənəsini yüksək qiymətləndirərək, məhz bu mövzuda müsabiqədə iştirak etdiklərinə görə şagirdlərin hər birinin qalib olduqlarını qeyd etdilər.
Sonra YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev artıq ənənəvi hal almış hər il təşkil olunan bu cür yazı müsabiqələrinin məqsədinin izah edərək bilidrdi ki, biz Yeni Azərbaycan Partiyası olaraq, bu müsabiqələri təşkil etməkdə həm Ulu Öndərimizin əbədiyaşar irsini gənc nəsilə daha yaxşı aşılamağa çalışırıq, həm də fitri istedada malik gənclərimizi müəyyən edərək, onların inkişafına zəmin yaradırıq. "Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir",
"Tarix və xalq Heydər Əliyevi hər zaman yaşadacaq", "Heydər Əliyev və ordu quruculluğu" mövzularında keçirilən müsabiqə məktəblərdə keçirilmiş turlarda fərqlənən 50 nəfər şagirdin iştirakı ilə iki saat ərzində davam etdirildi. Nəticələri müəyyən etmək üçün inşalar qiymətləndirmə komissiyalarına təhvil verildi. Müəyyən olunmuş 3 yer üzrə qalib gələn şagirdlər Yevlax şəhər təhsil şöbəsində keçirilən yekun konfransda mükfafatlandırıldı. Qaliblərə YAP Yevlax rayon təşkilatının fəxri fərmanları və qiymətli hədiyyələri də təqdim olundu.
Rəfiqə Kamalqızı