PDF Oxu

Siyasət

  • 62

Ağdamda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə mini-futbol yarışı keçirilib

Ağdamda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə mini-futbol yarışı keçirilib

4 - 6 may tarixində Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı və rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Ağdam Olimpiya İdman Kompleksində mini-futbol yarışı keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısının birinci müavini Zülfü Qasımov, YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev, rayon gənclər və idman idarəsinin rəisi Elnur Əhmədov və rayon ictimayyətinin nümayənləri iştirak ediblər.

Yarışa rayonun müxtəlif idarə müəsissə və təşkilarları, həmçinin kənd və qəsəbələrin komandaları qatılıblar.

Mini-futbol yarışında birinci yerə Quzanlı köçkün qəsəbə komandası, ikinci yerə Dördyol qəsəbə komandası və üçüncü yerə isə Ağdam Sosial-İqtisad Kollecinin komandası layiq görülüb.

Qeyd edək ki, birinci yerin qalibinə kubok, fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub. İkinci yeri tutan komandaya fəxri fərmanlar və qiymətli hədiyyələr, üçüncü yeri tutan komandaya isə fəxri fərmanlar təqdim olunub.

ZÜMRÜD

Digər xəbərlər