PDF Oxu

Siyasət

  • 33

Ağcabədidə Ümummilli Lider Heydər Əliyevin 93-cü ildönümü münasibəti ilə silsilə tədbirlər davam edir

Ağcabədidə Ümummilli Lider Heydər Əliyevin 93-cü ildönümü münasibəti ilə silsilə tədbirlər davam edir

Ağcabədi rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə silsilə tədbirlər davam edir.

Növbəti tədbir YAP Ağcabədi rayon təşkilatının, rayon Gənclər və İdman İdarəsinin, Heydər Əliyev Mərkəzinin və Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən daha bir tədbirə yekun vurulub.

Rayonun ümumtəhsil məktəbləri, Ağcabədi Pedaqoji Kollecinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının komandaları arasında "Breyn-rinq" bilik yarışına yekun vurulub. Gərgin keçən intellektual bilik yarışında ADPU-nun "Gənc istedadlar" komandası I yerə, Ağcabədi şəhər 3 saylı məktəb-liseyin komandası II yerə, Ağcabədi şəhər 11 saylı tam orta məktəbin komandası III yerə layiq görülüb.

Tədbirin yekununda YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov çıxış edərək, qlibləri təbrik edib və onlara uğurlar diləyib. Qalib komandalara fəxri fərmanlar təqdim edilib.

Həmin gün daha bir tədbirə yekun vurulub.

Rayonun müəssisə və təşkilatları arasında Aprel ayının 30-da başlayan mini-futbol üzrə turnir başa çatmışdır. Turnirdə Ağcabədi rayon "Əli" Firmasının futbol komandası I yerə, Tərtər Regional Qaz İstismarı İdarəsi Ağcabədi Xidmət sahəsinin komandası II yerə, Ağcabədi Pedaqoji Kollecinin komandası III yerə layiq görülüb.

ZÜMRÜD

Digər xəbərlər