Səbail rayonunda "Heydər Əliyev - Azərbaycan: dünən, bu gün və sabah" kitabının təqdimatı keçirilib. Təqdimat rayon rəhbərliyinin, dövlət qurumların nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm, təhsil, incəsənət və din xadimlərinin, ziyalıların, gənclərin, ağsaqqalların, veteranların, eləcə də YAP Səbail rayon təşkilatının təmsilçilərinin iştirakı ilə R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində baş tutub.
İlk öncə təqdimata dəvət edilən qonaqlar muzeyin foyesində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əsk etdirən foto-sərgi ilə tanış olublar. Bildirilib ki, ötən ilin dekabr aynda Səbail rayon icra hakimiyyətində keçirilmiş "Heydər Əliyev - Azərbaycan: dünən, bu gün və sabah" mövzusunda dəyirmi masanın yekunları ilə bağlı buradakı çıxışların əsasında kitab hazırlanması qərara alınmışdı. Belə ki, Ümumilli Liderimiz Heydər Əliyevin doğum günü ərəfəsində Səbail RİH və Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının birgə hazırladığı nəfis tərtibat olunmuş "Heydər Əliyev - Azərbaycan: dünən, bu gün və sabah" adlı kitab işıq üzü görüb.
Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin müxtəlif dövlərini əhatə olunduğu kitabın təqdimat mərasimdə çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev və möhtərəm Prezidentimiz İlham Əliyevin müasir Azərbaycan tarixindəki rolu öz əhəmiyyəti ilə heç nə ilə müqayisə oluna bilməz: "Ona görə bu iki dahi insanın siyasətini öyrənib təbliğ etmək vacib məsələdir. Məhz bu baxımdan, kitabın təqdimatı çox önəmlidir və böyük əhəmiyyət kəsb edir".
Milli Məclisin sədr müavini Bahar Muradova, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli, Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıxov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı sahələrinə, Onun ölkəmizin müstəqilliyi, iqtisadi tərəqqisi və inkişafı istiqamətində gördüyü işlərə, Heydər Əliyevin əsasını qoyduğu və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən inkişaf etdirilən siyasətin uğurlarına və gələcək perspektivlərinə həsr olunmuş məqalələrin toplandığı kitabın əhəmiyyəti, onun gələcək nəslin tərbiyəsi və maarifləndirilməsi istiqamətindəki rolundan danışıblar.
Çıxışlarda bu kitabın ilk nümunə olduğu və gələcəkdə də bu seriyadan olan digər kitabların çap olunacağı da xüsusilə qeyd olunub.
Rəfiqə HÜSEYNOVA