PDF Oxu

Siyasət

  • 41

Hüquqşünas gənclərlə görüşüb

Hüquqşünas gənclərlə görüşüb

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Hüquq İşçi Qrupu tərəfindən Milli Aviasiya Akademiyasının Hüquqşünaslıq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İbrahim Quliyevlə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşü açıq elan edən Hüquq İşçi Qrupunun rəhbəri Nigar Hüseynli bildirib ki, işçi qrup tələbə və gənclərin hüquq sahəsində maarifləndirilməsi məqsədi ilə hüquq sahəsinin nümayəndələri ilə müxtəlif görüşlər təşkil edir. O, daha sonra İbrahim Quliyevin Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi xidmətlərindən söz açaraq onu görüş iştirakçılarına təqdim edib.Daha sonra nümunəvi fəaliyyətinə və qüsursuz xidmətlərinə görə fəxri fərmanlara layiq görülüb, çoxsaylı medallarla təltif olunmuş, keçmiş icra başçısı, polis palkovniki və hüquq elmi sahəsində müxtəlif işlər görmüş professor İbrahim Quliyev ilə tələbələrin görüşü müzakirələrlə davam edib.Sonda iştirakçılarla birlikdə xatirə şəkli çəkdirilib.

sia.az

Digər xəbərlər