"Dqr"in tanıması haqqında hazırlanmış qanun layihəsi Ermənistan parlamentinin bugünkü növbədənkənar iclasının gündəliyinə salınmayıb.SİA xəbər verir ki, bu barədə "İTAR-TASS" agentliyi erməni parlamentinin aparatına istinadən yazır. "Müxalifətin iki deputatı-Zauri Bostancyanın və Qrant Baqratyanın təşəbbüsü ilə hazırlanmış qətnamənin müzakirəsi olmayacaq"-deyə, aparatdan bildiriblər.
Xatırladaq ki, mayın 5-də hökumət sözügedən qanun layihəsi ilə bağlı müsbət rəy verərək, onu müzakirə üçün parlamentə göndərmişdi. Qeyd olunmuşdu ki, Dağlıq Qarabağın İrəvan tərəfindən tanınması "Ermənistan və Dağlıq Qarabağ arasında mümkün inkişafa və xarici faktorların həllinə səbəb ola bilər".
Ermənistan parlamentinin ictimaiyyətlə əlaqələr və KİV üzrə sözçüsü Arsen Babayan isə mayın 5-də bəyan etmişdi ki, parlamentin xarici əlaqələr üzrə komissiyası bir ay ərzində sözügedən qanun layihəsinin növbəti iclaslarda gündəliyə çıxarılıb-çıxarılmayacağı ilə bağlı qərar qəbul etməlidir.
sia.az