Mayın 10-da Rumıniyanın Buxarest şəhərində yerləşən Tey Parkı-Heydər Əliyev Xiyabanında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.Mərasimdə Azərbaycanın Rumıniyadakı səfirliyinin, "Socar Petroleum SA" şirkətinin, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının rəhbər heyətləri və üzvləri, Rumıniyada yarışlarda olan Azərbaycanın Kikboksinq Federasiyasının idmançıları, burada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə əklillər və gül dəstələri qoyublar.Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşı Vüqar Hüseynli dövlətçiliyimizin möhkəmləndirilməsində, ölkəmizdə sabitliyin bərqərar edilməsində, bütün sahələrdə inkişafın təmin olunmasında, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Diplomat bildirib ki, Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafını və dünyada mövqelərinin möhkəmlənməsini təmin edən Heydər Əliyevin uğurlu siyasi kursu bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.
AZƏRTAC