PDF Oxu

Siyasət

  • 37

Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Tovuzda təntənə ilə qeyd olunub

Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Tovuzda təntənə ilə qeyd olunub

Mayın 10-da Tovuz şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü təntənə ilə qeyd edilib.AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, dahi şəxsiyyətin xatirəsini ehtiramla anıblar.Tədbirdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov çıxış edərək, ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması, müstəqilliyin qorunub saxlanılması istiqamətindəki xidmətlərindən söz açıb.Diqqətə çatdırılıb ki, bu gün Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və dövlətimiz öz yüksək inkişaf mərhələsini yaşayır.Sonra Ulu Öndərin anadan olmasının 93-cü ildönümü münasibətilə ağacəkmə kampaniyası keçirilib. Rayon ərazisində 1500-dən çox ağac əkilib.

AZƏRTAC

Digər xəbərlər