PDF Oxu

Siyasət

  • 53

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Tibb Universitetinin şəhərciyində güllər əkilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Tibb Universitetinin şəhərciyində güllər əkilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə respublika üzrə iməcilik və ağacəkmə kampaniyaları keçirilib. Bakının park, bağ və xiyabanlarında abadlıq işləri aparılıb.AZƏRTAC xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) kollektivi də bu ümumi yaşıllaşdırma kampaniyasından kənarda qalmayıb. Mayın 10-da universitetin şəhərciyində abadlıq işləri aparılıb. ATU rəhbərliyi və tələbələrin birgə səyləri ilə şəhərciyin bağında bordyurlar ağardılıb, ağacların dibi bellənib.Sonra şəhərciyin torpaq sahəsində xüsusi ləklər quraşdırılıb, 50-yə yaxın gül kolu əkilib.

AZƏRTAC

Digər xəbərlər