Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan YAP rayon təşkilatının sədri Səfa Ağayev dəvət olunan bütün qonaqları və tədbir iştirakçılarını salamlayaraq, aprelin əvvəllərində və erməni təcavüzkarlarına qarşı döyüşərək, şəhidlik zirvəsinə yüksəlmiş əsgər və zabitlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi.
Daha sonra çıxış edən YAP rayon təşkilatının sədri bildirib ki, mayın 10-u Ümummilli Lider, Yeni Azərbaycan Partiyasının banisi, müstəqil dövlətçiliyimizin qurucusu Heydər Əliyevin anadan olduğu gündür: "Ulu Öndərin adı ilə bağlı nə qədər silsilə tədbirlər keçirilsə də, kitablar, əsərlər yazılsa da yenə də azdır. Heydər Əliyevin xidmətləri o qədər böyükdür ki, Azərbaycan tarixində və xalqın taleyində mənəvi, siyasi və ictimai həyatında müstəsna rol oynayan Ümummilli Liderimiz , əvəzolunmaz şəxsiyyət olaraq tariximizə qurucu və xilaskar kimi daxil olmuşdur".
Çıxışda vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin anadan olmasının 93 illiyi ilə bağlı geniş tədbirlər planı təsdiq edilmiş, 3 mart 2016-cı il tarixdən başlayaraq 10 may 2016-cı il tarixinə kimi Ümumtəhsil və İncəsənət Musiqi məktəbliləri arasında inşa yazı, CUDO üzrə rayon çemionatları, FUTBOL üzrə idman yarışları, Şahmat turniri və incəsənətin janrları üzrə müsabiqə keçirilmişdir. Tədbirin nəticəsi olaraq müxtəlif nominasiya üzrə 17 nəfər şagird I, 16 nəfər şagird II, 9 nəfər şagir isə III yerin qalibi olmuşlar.
Tədbirdə iştirak edən YAP İmişli rayon təşkilatının qadınlar şurasının sədri Validə Zülfiqarova isə bildirdi ki, insanın azadlığını, dövlətin müstəqilliyini heç bir digər nemətlə əvəz etmək mümkün deyil: "Bu mənada, hər bir azad insanın müstəqil dövlətdə yaşaması, eyni zamanda onun xoşbəxtliyidir. Ona görə də Azərbaycan xalqının istənilən nümayəndəsinin xoşbəxtliyi müasir dövr üçün Ulu Öndərimiz Heydər Əliyev tərəfindən bəxş edilmişdir desək, yanılmarıq. Sözün əsl mənasında, Azərbaycan xalqının gündən-günə daha da yaxşılaşmaqda olan həyat tərzi Heydər Əliyevlə müəyyən olunan uğurlu siyasətin bəhrəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin zəhmətinin səyinin, möhkəm iradəsinin və öz vətəninə olan sarsılmaz sədaqətinin, bilavasitə nəticəsidir".
YAP İmişli rayon təşkilatı gənclər birliyinin sədri Ziya Paşayev isə çıxışında vurğuladı ki, Ümummilli Liderin 1993-cü ildə hakimiyyətə möhtəşəm qayıdışı ölkəmizi, xalqımızı, dövlətçiliyimizi və müstəqilliyimizi qarşılaşdığı ağır günlərdən qurtardı: "Gənc nəslin inkişafı, tərəqqisi təbii ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu gənclər siyasətinin nəticəsidir. Yeni Azərbaycan Partiyasının Sədri, Prezidentimiz Cənab İlham Əliyevin apardığı mütərəqqi siyasət bu gün bizim hər birimizin partiya həyatında daha fəal olmağımız üçün geniş şərait yaradır. Gənclər də Yeni Azərbaycan Partiyasının sadiq üzvləri kimi ölkəmizin inkişafında öz töhfələrini verməlidir. Bu gün rayon təşkilatında gənclərin sayı artmaqda davam edir. Hal-hazırda YAP İmişli rayon təşkilatında gənclərin sayı 2621 nəfərdir. Gənclərin partiyaya kütləvi axınının davamlı şəkil alması bilavasitə Yeni Azərbaycan Partiyasının Sədri, möhtərəm Prezidentimiz İlham Əliyevə olan sarsılmaz inamın bariz nəticəsidir".
Digər çıxışçılar - rayonda dərc edilən " Xalq sözü" qəzetinin baş redaktoru Səməd İsmayılov, ərazi partiya təşkilat sədrləri Mütəllim Bədirov, Şaxsuvar Əmrahov və digərləri bildirdilər ki, Yeni Azərbaycan Partiyasınin həyata kecirdiyi siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edir, yüksəlir, iqtisadiyyatın inkişafı ilə yanaşı, təhsildə və vətəndaşların sosial-rifah hallarında ciddi dəyişikliklər baş verir.
Sonda bir qrup partiya fəalları Fəxri Fərman və qiymətli hədiyələrlə mükafatlandırılıblar.
RƏFİQƏ