PDF Oxu

Siyasət

  • 37

Heydər Əliyevin enerji siyasəti

Heydər Əliyevin enerji siyasəti

Heydər Əliyev yaşasaydı, bu gün 93 yaşında olacaqdı. Əbədiyyətə qovuşmasından isə on üç il keçdi. Onun Azərbaycan idarəçiliyində ortaya qoyduğu "Türkiyə-Azərbaycan Birliyi" layihəsinin yol xəritəsini reallaşdıran əsərlər, bu gün sürdürülən siyasətlərin təməl daşı rolunu oynayır desək, yanlış düşünmərik.

Anadan olmasının 93-cü ildönümündə Heydər Əliyevi enerji strategiyası ilə anmaq istədim. Belə ki, Onun təməllərini qoyduğu enerji strategiyası bugünkü cənub enerji dəhlizinin əsasını təşkil edir. Və yenə bu gün enerji sahəsində Türkiyə, Avrasiyanın qəlbi halına gəlibsə, bunun Heydər Əliyev əsəri olduğunu unutmamalıyıq.

Dünəndən bu günə Bakı ilə Ankara arasında gerçəkləşən enerji layihələri Heydər Əliyevin enerji strategiyasının əsəridir. Bu layihələrin təməlləri "Bakı-Tbilisi-Ceyhan" boru xəttiylə qoyulmuşdur. Heydər Əliyev bütün enerji layihələrini Türkiyə ilə birlikdə gerçəkləşdirməyi hədəfləmişdi. Bu hədəf, Türkiyəyə bu gün bir enerji qaynağı olmasının üfüqlərini açmaqdadır.

SOCAR bunun ən canlı örnəyidir. TANAP müasir dövrümüzün yatırımıdır. "Bakı-Tbilisi-Qars" dəmiryolu layihəsi Avrasiyanın üz ağıdır. Bütün bu sərmayə və layihələr gələcəyə doğru istiqamət almış zamanın davamı işarələridir.

Azərbaycan-Türkiyə əməkdaşlığında var olan birlik də, məhz Onun əsəridir. Türkiyənin ən böyük xarici investor partnyoru Azərbaycandır.

SOCAR Azərbaycan və Türkiyə arasında 2018-ci ilə qədər reallaşdırılacaq 20 milyardlıq bir sərmayə qoyuluşudur. İki ölkə arasında iqtisadi iş birliyinin ən önəmli təmsilçisi olan bu birlik nəticəsində reallaşacaq "Star Rafinerisi" ilə ölkəmizin idxalatında milyardlarla dollarlıq bir maliyyə ehtiyatı da saxlanılacaq.

Yenə də bu layihə nəticəsində neft kimyası, enerji, logistik və s. inteqrasiya amilləri gerçəkləşdiriləcək. Dolayısı ilə Türkiyə Respublikasında tarixinin ən böyük ölçülü sərmayələrindən biri reallaşacaq.

Petkim Yarımadası da bu layihənin daxilində respublikamızın 100-cü ilində Türkiyənin ilk kimya industriya texnoparkı olacaq.

TANAP isə Cənub Qaz Dəhlizinin ən önəmli parçası olaraq və təqribən 10 milyard dollarlıq bir layihə mahiyyəti ilə Türkiyə və Azərbaycan arasındakı nəhəng ortaqlığın parıldayan ulduzlarından biridir. TANAP layihəsi çərçivəsində Azərbaycandan yola çıxacaq təbii qaz Gürcüstandan Anadoluya gələcək, Türkiyəni Şərqdən Qərbə keçərək, 1850 kilometr uzunluqda 2018-ci ildə Avropaya çatacaq və TAP layihəsinə daxil olaraq Avropanın qəlbinə yetişəcək. Türkiyənin Avropanın enerji sahəsinə Azərbaycan qazı ilə cavab verəcək olan TANAP layihəsində 12%, TAP layihəsində 20% bir paya sahib olduğunu da vurğulamaqda ayrıca səmərə görürəm.

"Bakı-Tbilisi-Qars" dəmiryolui layihəsi isə bir başqa birliklə iş qurma örnəyidir. Bu layihə yalnız Qafqaz regionunu deyil, Orta Asiya və Avropaya inteqrasiya edəcəkdir. Bu inteqrasiya dəmirdən ipək yoludur və Pekinin Londona bağlanmasıdır.

Bütün bu layihələr qısa bir zaman kəsimini əhatə etməkdədir və uğurlu gələcəyin müjdəçisidir.

Doktor Akka Suver,

Marmara Qrupu Vəqfınin Baş Direktoru

Digər xəbərlər