PDF Oxu

Siyasət

  • 54

Multikulturalizm Azərbaycan cəmiyyətinin dünyaya özünü tanıtdırmaq rəmzidir

Multikulturalizm Azərbaycan cəmiyyətinin dünyaya özünü tanıtdırmaq rəmzidir

Əli Əhmədov: "Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq məfkurəsi özündə multikulturalizm və tolerantlıq ideyasını əks etdirir"

Azərbaycan sivilizasiyaların kəsişdiyi məkanda yerləşən, mədəniyyətlərarası dialoqa töhfələrini əsirgəməyən sosial-mədəni və humanitar sahələrdə dünyaya açılan məkandır. Hazırda dünyada qloballaşmanın yeni təzahürləri dövlətlərin sıx humanitar birliyində özünü göstərir. Məhz bu baxımdan sivilizasiyalararası dialoq, multikulturalizm meyilləri hər il dərinləşir, humanitar forumların keçirilməsi böyük əhəmiyyət kəsb edir. Regionda sabitliyin və qarşılıqlı həmrəyliyin, əməkdaşlıq şəbəkəsinin gələcəyi humanitar inteqrasiyadan, dialoqdan çox asılıdır. Çünki humantiarizm multikulturalizm deməkdir, başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Humanitar inteqrasiya bütün xalqları birləşdirir, sülh şəraitində dostluğa və qardaşlığa doğru meyilləndirir.

İqtisadi inkişafın yeni mərhələsinə daxil olan Azərbaycan artıq dünyada zəngin neft-qaz ölkəsi kimi deyil, həm də, sivilizasiyalararası dialoqa mühüm töhfə verən, beynəlxalq humanitar forumlara ev sahibliyi edən, tolerantlığın mərkəzinə çevrilən ölkə statusunda qəbul olunur. Respublikamız bu gün dünyanın 50-dən artıq ölkəsinə yanacaq ehtiyatlarının təchizatçısı kimi nüfuz sahibi olm aqla yanaşı, iqtisadiyyatın diversifikasiyası sayəsində potensial sərmayəçi kimi də diqqəti cəlb edir. Azərbaycan, həmçinin, regionda sabitləşdirici faktor rolunda çıxış edərək, bölgəninin təhlükəsizlik seqmentlərini formalaşdırır.

Azərbaycan neft ölkəsi kimi inkişaf etsə də, iqtisadi və sosial həyatın bütün sahələrindəki dinamika, modernləşdirmə epoxası, yüksək sivilizasiya ənənələrinin formalaşması və inkişafı, humantiar aksiyaların ənənə halını alması bu ölkənin hərtərəfli, dünya sivilizasiyasına mühüm töhfə verdiyini göstərir. Azərbaycan dünyanın zəngin humanitar mərkəzi, sivilizasiya məkanı hesab olunur. Azərbaycanın Avropa arenasında özünü, həqiqətən də zəngin mədəni ənənələrə malik ölkə kimi təqdim etdiyini xatırladır və bildirir ki, ölkədə nəhəng quruculuq işləri paytaxtın və bölgələrin simasını dəyişdirib. Azərbaycan əsl Avropa ölkəsi kimi sivilizasiya mərkəzidir, hər il burada müxtəlif beynəlxalq forumlar təşkil olunur, dünyanın ən nüfuzlu iqtisadi və siyasi təşkilatların sammitləri keçirilir. Bu faktorlar Azərbaycanın nüfuz göstəricisidir.

Hazırda dünyada qloballaşmanın yeni təzahürləri dövlətlərin sıx humanitar birliyində özünü göstərir. Məhz bu baxımdan sivilizasiyalararası dialoq, multikulturalizm meyilləri hər il dərinləşir, humanitar forumların keçirilməsi böyük əhəmiyyət kəsb edir. Multikulturalizm ölkələrin qarşılıqlı hörmət və sıx əməkdaşlıq mühitinin yaranmasında vacib bir amilə çevrilib. Azərbaycan multikulturalizmə böyük önəm verir və son iyirmi il ərzində müstəqil ölkə kimi həyata keçirilən siyasətin əsas təməllərindən biri də, məhz dünya ölkələri ilə humanitar əməkdaşlığı gücləndirməkdən ibarət olub. Regionda sabitliyin və qarşılıqlı həmrəyliyin, əməkdaşlıq şəbəkəsinin gələcəyi multikulturalizmdən çox asılıdır. Çünki multikulturalizmin alternativi özünütəcriddir. Özünütəcrid isə mənfi fəsadlara yol açan meyillər sayıla bilər.

Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir. Məsələ ilə fikirlərini bildirən Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq məfkurəsi özündə multikulturalizm və tolerantlıq ideyasını əks etdirir. Dahi şəxsiyyət Heydər Əliyev tolerantlığı və multikulturalizmi cəmiyyətin monolitliyini, möhkəmliyini şərtləndirən ən vacib amil kimi görürdü.

Uzun illər ərzində müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri ölkəmizdə dinc və qarşılıqlı anlaşma şəraitində yaşayıb. Azərbaycanda xristian, yəhudi və digər icmaların mövcud olması, onlar üçün əlverişli şəraitin yaradılması bunun əyani göstəricisidir. Bu gün Azərbaycanın ictimai-siyasi həyatında multikulturalizmə böyük önəm verilir. Ümummilli Lider Heydər Əliyevin müdrikliyi nəticəsində multikulturalizm Azərbaycanda dövlət siyasəti elan olunub və bu kurs bu gün Prezident İlham Əliyev tərəfindən də uğurla davam və inkişaf etdirilir. Məhz Azərbaycanda multikulturalizm tarixən həyat tərzi olub və bu ənənələr bu gün də yaşamaqdadır. Multikulturalizm, eyni zamanda, Azərbaycan cəmiyyətinin dünyaya özünü tanıtdırmaq rəmzidir.

Bu gün Azərbaycan bir dostluq atmosferi yaratmaqla, hamını öz evində humanitar birgəliyə dəvət edir. Hər bir ölkə üçün xeyirxah olduğunu nümayiş etdirir. Həmçinin, dünyanın inkişaf etmiş ölkələrinin rəhbərlərinin Bakıda bir araya gəlməsi və qlobal maliyyə böhranı ilə bağlı qabaqlayıcı sərt tədbirlərin həyata keçirilməsi barədə öz təkliflərini irəli sürməsi, dünya iqtisadiyyatını canlandırmaq barədə paket tədbirlər sssenarisinin ortaya qoyulması Bakının ən qlobal məsələlərin həll olunduğu ünvana çevrildiyini şərtləndirir.

Digər xəbərlər