PDF Oxu

Siyasət

  • 55

Qubada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Qubada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Dünən Quba rayon icra hakimiyyəti və YAP Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

Tədbirdə Quba rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov, rayon hüquq-mühafizə orqanları rəhbərləri, idarə-müəssisə rəhbərləri və çoxsaylı partiya fəalları və gənclər iştirak ediblər. Tədbir ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələrinin qoyulması ilə başlanıb. Sonra YAP Quba rayon təşkilatının inzibati binasının ətrafındakı ərazidə ağacəkmə kampaniyasına başlanılıb və 300-dən artıq ağac əkilib.

Tədbirdə çıxış edən Quba rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov XX əsrin Azərbaycana, xalqımıza, dünyaya bəxş etdiyi ən böyük Vətəndaş, Dahi Şəxsiyyət, Müdrik Siyasi Xadim, Əbədi Lider Heydər Əliyevin Azərbaycanın inkişafındakı xidmətlərindən danışaraq, qeyd edib ki, Ulu Öndər, respublikanın inkişafında irimiqyaslı layihələri gərçəkləşdirmiş, ölkəni ictimai - siyasi və mədəni həyatında müstəsna rol oynamışdır. Y. Məmmədov dünya siyasətinin tanınmış siması olan Ümummilli Liderin siyasi kursunun bu gun Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

NƏZAKƏT

Digər xəbərlər