PDF Oxu

Siyasət

  • 34

Qobustan rayonunda Ümummilli Liderin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilib

Qobustan rayonunda Ümummilli Liderin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilib

YAP Qobustan rayon təşkilatı Qobustan rayon Gənclər və İdman İdarəsi ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdən öncə Ulu Öndərin abidəsi ziyarət edilərək, önünə tər gül dəstələri qoyulub.Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbiri giriş sözü ilə açan YAP Qobustan rayon təşkilatının sədri Füzuli Güləliyev tarixə nəzər salmış və bildirmişdir ki, Azərbaycan xalqının tarixində böyük sərkərdələr, liderlər, parlaq şəxsiyyətlər çox olub: "Qədirbilən xalqımız bu gün də onların hər birini ehtiramla xatırlayır, milli tariximizdəki yerlərini uca tutur. Onlar məhz milli dövlət qurmaq, onu yaşatmaq, azad, müstəqil qüdrətli, firavan görmək idealı ilə yaşayıb, fəaliyyət göstəriblər. Həmin şəxsiyyətlərin, liderlərin heç biri obyektiv, ya subyektiv səbəblərdən dayanıqlı milli dövlət qurmaq, onun mövcudluğu üçün möhkəm ideoloji- siyasi və iqtisadi zəmin yaratmaq imkanında olmayıblar. Bu və digər böyük şəxsiyyətlərin, sərkərdələrin, liderlərin həyata keçməyən, nisgilə çevrilən milli dövlətçilik idealını isə, məhz Ulu Öndər Heydər Əliyev gerçəkliyə çevirib. Ümummilli Lider məhz dayanıqlı, qüdrətli və müstəqil Azərbaycan dövlətinin banisidir. Heydər Əliyev hələ sağlığında dediyi, artıq postulata çevrilmiş "Azərbaycanın müstəqilliyi daimidir, sarsılmazdır, dönməzdir " fikri onun çağdaş tariximizdə layiqli yerini müəyyən edir. Hər bir xalq taleyində müstəsna rol oynayan belə liderlərin xatirəsini əziz tutur, onları milli fəxarət ünvanı sayır. Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Ulu Öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində, Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir".

Sonra tədbirdə rayon məktəlilərinin hazırladığı şeirlər, kompozisiyalar dinlənilərək alqışlarla qarşılandı. Məktəlilər uğurlu çıxışlarına görə YAP Qobustan rayon təşkilatının, təhsil şöbəsinin və rayon Gənclər və İdman İdarəsinin təsis etdiyi Fəxri fərmanlar, diplomlar və qiymətli hədiyyələrlə təltif ediliblər.

Rəfiqə

Digər xəbərlər