PDF Oxu

Siyasət

  • 42

"Azərbaycanın əbədi inkişaf yolu Heydər Əliyev yoludur"

"Azərbaycanın əbədi inkişaf yolu Heydər Əliyev yoludur"

YAP Laçın rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə tədbir keçirildi

Dünən Laçın rayon Taxta-körpü qəsəbəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib. Aksiyadan öncə Laçın rayon icra hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Aqil Nəzərli tədbir iştirakçıları ilə birlikdə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək, önünə gül dəstələri qoyublar. YAP Laçın rayon təşkilatının konfrans zalında keçirilən anım tədbirin də Ulu Öndərin əziz xatirəsi və cəbhə xəttində erməni təxribatlarının qarşısının alınmasında qəhrəmancasına döyüşərək həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən YAP Laçın rayon təşkilatının sədir muavini-aparat rəhbəri Xaliq Musayev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93 illik yubileyi ilə əlaqədar "Azərbaycanın əbədi inkişaf yolu Heydər Əliyev yoludur" mövzusunda məruzə etdi. Tədbirdə YAP Laçın rayon təşkilatının gənclər birliyinin sədri Vüsal Həsənov çıxış edərək bildirdi ki, bugünkü, güclü, qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyevin qurub-yaratdığı Azərbaycandır: "Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, biz çətin ki, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider -dövlətinə çevrilən Azərbaycandan danışa biləcəkdik".

YAP fəalı İradə Həsənova çıxış edərək bildirdi ki, "olduqca çətin bir şəraitdə yaranan bu partiyanın çox qısa bir müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə vicdanlı və əqidəli insanın onun sıralarında birləşməsi bu gün bir daha Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir". Rayon ziyalısı Eynulla Axundov, gənc YAP fəallı Orxan Cəbrayılov və digərləri çıxışlarında Ulu Öndər Heydər Əliyevin xalq və dövlət üçün gördüyü, xeyrli, gərəkli fəaliyyətindən və Dahi Öndər Heydər Əliyevin ən layiqli siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyevin dövlətimizin daha da inkişaf etdirilməsi, xalqın soaial-rifah halının yaxşılaşdırılması, Azərbaycanın dünyada yerinin və rolunun möhkəmləndirilməsində göstərdiyi əvəzsiz xidmətlərindən danışdılar.

Rəfiqə

Digər xəbərlər