PDF Oxu

Siyasət

  • 110

Əbədiyaşar Lider - 93

Əbədiyaşar Lider - 93

YAP Xaçmaz rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünü qeyd etdi

Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş konfrans keçirilib. Konfransda rayonun idarə və müəssisə təşkilatları, partiyanın fəalları iştirak ediblər.

Konfransı giriş sözü ilə acan YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev Ulu Öndər Heydər Əliyevin tarixi fəaliyyətindən danışaraq vurğulayıb ki, O, müasir və müstəqil Azərbaycanın banisi olmaqla yanaşı, həyata keçirdiyi uğurlu siyasəti, YAP-ın yaradıcısı kimi ictimai-siyasi fəaliyyəti ilə, eləcə də Azərbaycanın iqtisadiyyatındakı inkişafı ilə silinməz tarix yazıb: " "Azərbaycan bəşəriyyətə verdiyi tarixi şəxsiyyətləri ilə daim öyünüb, fəxr edib. Adı ölkəmizdən çox-çox uzaqlarda şöhrət tapmış dövlət xadimləri, siyasətçilər, uzaqgörənliyi ilə tanınan müdrik şəxsiyyətlər haqqında söz düşəndə, ilk növbədə Ümummilli Lider Heydər Əliyevin adı çəkilir. Ulu Öndər Heydər Əliyev istər keçmiş sovetlər dönəmində, istərsə də 1993-cü ildən sonra ölkənin iqtisadi-sosial inkişafı istiqamətində mühim addımlar atmış, Azərbaycanın ən yüksək zirvələri fəth etməsinə böyük zəmin yaratmışdır".

N.Ağayev onu da vurğulayıb ki, Azərbaycanın son 40 illik inkişafı birbaşa Onun adı və ideyaları ilə bağlıdır: "Müstəqil Azərbaycan dövlətinin formalaşması, iqtisadiyyatın dinamik, sürətli inkişafı, cəmiyyətin bütün sahələrində aparılan islahatların uğurla nəticələnməsi də Heydər Əliyevin xidmətlərinin nəticəsidir. Ölkəmizin tərəqqisi, müasirləşməsi, Azərbaycanın bütün regionlarında quruculuq və abadlıq işlərinin geniş vüsət alması Ulu Öndərin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev siyasətinin xalq tərəfindən dəstəklənməsinin bariz ifadəsidir".

Konfrans Leyla Əliyevanın sözlərinə yazılmış "Elegiya" mahnısı ilə başlayıb.

Konfransda YAP Xaçmaz rayon qadınlar şurasının sədri Sevinc Sədullayeva, YAP Xaçmaz rayon gənclər birliyinin sədri Emil Tağıyev, Xaçmaz rayon icra hakimiyyətinin başçısının müavini İlhamə Nəzərova, Ümumilli Liderin 93-cü ildönümünə həsr olunmuş YAP Xaçmaz rayon təşkilatı və Təhsil şöbəsinin birgə keçirdiyi "Ən yaxşı təqdimat" layihəsinin qalibləri- Aysel Hacıyeva, Pərvanə Seydəliyeva çıxış edərək bioldiriblər ki, bu gün Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Cənabları ölkəmizi davamlı tərəqqiyə və inkişafa doğru aparmaqda davam edir. Bu siyasət hər bir vətənsevər azərbaycanlı tərəfindən dəstəklənir. Belə ki, bu gün Azərbaycan xalqı, məhz öz Prezidentinin ətrafında sıx biləşərək, Onun siyasətinə dəstək verir.

Yekunda partiya fəallarına hədiyyə və mükafatlar və YAP sıralarına daxil olmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər