PDF Oxu

Siyasət

  • 117

Naftalanda Ümummilli Lider Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə tədbir keçirilib

Naftalanda Ümummilli Lider Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə tədbir keçirilib

Dünən müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Naftalan şəhərində də təntənəli tədbir keçirilib. Xalqımızın xilaskar oğlunun doğum günündə şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, eləcə də şəhərə istirahətə və müalicəyə gələn qonaqlar Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə tər gül dəstələri qoyaraq, Dahi Şəxsiyyətin xatirəsini böyük ehtiramla yad ediblər.

Şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanov çıxış edərək qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatı və fəaliyyəti, Onun Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində və ölkəmizdə sabitliyin bərqərar olunmasında əvəzsiz xidmətlərindən, demokratik-hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatların əsasını qoymasından və xilaskar rolundan bəhs edib.

N.Aslanov Ulu Öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışının Azərbaycan üçün böyük qurtuluş olduğunu bildirib. Azərbaycanın tarixində yeni bir səhifə açılıb: "1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən hadisələr fonunda ölkəmizi yalnız və yalnız Heydər Əliyev kimi nadir Şəxsiyyət xilas edə bilərdi. Onun hakimiyyətə qayıdışı məhv olmaq təhlükəsi ilə üzləşən Azərbaycanı xilas etdi. Müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi və dünyəvilik təşkil edən yeni bir ideologiyanın bünövrəsi qoyuldu. Bu gün Onun yaratdığı, formalaşdırdığı siyasi və iqtisadi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqı, məhz Ulu Öndər siyasətini dəstəkləyir, Onun ətrafında sıx birləşir. Əminliklə söyləmək istəyirəm ki, Azərbaycan dövləti Ulu Öndərin bizlərə miras qoyduğu siyasət nəticəsində bundan sonra daha böyük uğurlara imza atacaq".

Sonra Ulu Öndərin anadan olmasının 93-cü ildönümü münasibətilə ağacəkmə kampaniyası keçirilib. Şəhərin ərazisində 1000-dən çox ağac əkilib.

ZÜMRÜD

Digər xəbərlər