"Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü hər il olduğu kimi bu ildə ən yüksək səviyyədə qeyd olunur. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqın Xilaskarı olan Dahi şəxsiyyət cismani olaraq aramızda olmasa da, onun əziz xatirəsi qədirbilən xalqımızın qəlbində daim yaşayacaq, Vətən, millət qarşısında əvəzolunmaz, unudulmaz xidmətləri ilə Azərbaycan var olduqca xatırlanacaq". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) sədr müavini Əli Pənahov deyib.Sədr müavininin sözlərinə görə, xalqın tələbi ilə müstəqil Azərbaycan respublikasına rəhbərliyi qəbul edən Ulu Öndərin o ağır günlərdəki, illərdəki fəaliyyətinin xronikasını nəzərdən keçirən hər kəs onun sarsılmaz siyasi iradəsinə, idarəçilik məharətinə, müdrik qərarlar qəbul etmək səriştəsinə heyran qalmaya bilmir: "Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqil dövlətçiliyinə qənim kəsilən xarici və daxili qüvvələri məharətlə zərərsizləşdirdi. Müstəqil dövlətin əsl mənada qurulması, iqtisadi, hərbi, mədəni potensiallarının hərəkətə gətirilməsi üçün vacib şərt olan əmin-əmanlıq şəraiti yaratdı".Əli Pənahov bildirib ki, Ümummilli lider fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azər¬baycan torpağının, Azərbaycan dövlətinin, Azər¬baycan xalqının bütöv¬lüyü uğrunda fədakarlıqla çalışıb, müs¬təqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, de¬mokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görüb: "Bugünkü güclü, qüd¬rətli Azərbaycanı o, öz əlləri ilə qu¬rub-yaradıb, inkişaf etdirib, bütün dünyaya tanıdıb. "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbay¬can xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub" - deyən Ulu Ön¬dər Heydər Əliyevin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Əsl vətəndaş, tarixi şəxsiyyət və ümummilli lider kimi Heydər Əliyev millətini, torpağını fəlakətdən qurtarıb, onu çevriliş, qiyam cəhdlərindən hifz edərək dirçəliş və inkişafa doğru yönəldib, cəmiyyətdə özünəinam hissini bərpa edib, ölkəmizdə sabitlik və firavanlığa təminat yaradıb. Azərbaycan gəncliyinə hər zaman xüsusi diqqət və qayğı göstərən ulu öndər ölkənin gələcəyinin məhz gənclərin çiyinləri üzərində qurulacağını deyərək onların potensialından ictimai-siyasi həyatın bütün sahələrində istifadə olunmasını, önə çəkilməsini prioritet istiqamət kimi müəyyənləşdirmişdi"."Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün sahələrdə Ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirir, ölkəmiz yeni-yeni nailiyyətlərə imza atır. Həmin uğurların qazanılmasında gənclərin də özünəməxsus rolu və əməyi var. Azərbaycanın güclənməsi və inkişafı, beynəlxalq nüfuzunun artması, dünyada söz sahibinə çevrilməsi bizi və dostlarımızı sevindirir. Bu isə Ulu Öndər Heydər Əliyevin ideyalarının real bəhrəsi, onların geçəkləşməsidir".
yap.org.az