PDF Oxu

Siyasət

  • 135

BAXCP rəsmisi: “Əli Kərimli bu adamlara nökər kimi baxır” MÜNASİBƏT

BAXCP rəsmisi: “Əli Kərimli bu adamlara nökər kimi baxır” MÜNASİBƏT

"Milli Şura" ona görə ölü vəziyyətə çevrildi ki, Rusiya bunlardan çox səmərəli şəkildə istifadə etdi. İstifadə olunandan sonra kimə lazım idi bunlar? 2013-cü il prezident seçkilərində Rüstəm İbrahimbəyov bu adamları uşaq kimi aldatdı, bir sözlə şirəyə çəkdi". Bu sözləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.Sədr müavinin sözlərinə görə, onları da inandırmışdılar ki, Putin Azərbaycanda hakimiyyət çevrilişi edəcək və onlar da hakimiyyətə gələcəklər: "Hətta "Milli Şura" üzvüləri öz aralarında vəzifə bölgüsü də etmişdilər. Ancaq çox sonralar başa düşdülər ki, heç vaxt siyasətlə məşğul olmayan bir qoca kişinin - Rüstəm İbrahimbəyovun tələsinə düşüblər. Bundan sonra da həmin təşkilatı tərk etdilər".N.Orduxanlı Əli Kərimlinin mətbuatda özünün piar kampaniyasını həyata keçirməsinə də toxunub: "Tam məsuliyyətlə deyirəm ki, Əli Kərimli Qənimət Zahidov, Natiq Ədilov, Gözəl Bayramova kimi adamlardan qul kimi istifadə edir. Əli Kərimli bu adamlara nökər kimi baxır. Onun icazəsi olmadan kimsə bir cümlə belə yaza bilməz. Bu adamların mətbuatda, sosial şəbəkədə yaydıqları bütün yazıları dediyim kimi, Əli Kərimlinin özü yazır. Bundan sonra bunu yaymaqla məşğul olurlar. Kimsənin ixtiyarı yoxdur ki, müstəqil şəkildə Əli Kərimli haqqında bir yazı yazsın. Hər hansı bir fikir mütləq Əli Kərimli ilə razılaşdırılmalıdır".

sia.az

Digər xəbərlər