PDF Oxu

Siyasət

  • 43

Cümşüd Nuriyev: “Guya aprel hadisələrindən Rusiyanın xəbəri olub” AÇIQLAMA

Cümşüd Nuriyev: “Guya aprel hadisələrindən Rusiyanın xəbəri olub” AÇIQLAMA

"Ümumiyyətlə Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinin təxirə salınmasının arxasında Qarabağ məsələsinin hələlik həll olunmuş variantının Putinin əlində olmaması ilə izah etmək mümkündür". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib.Politoloqun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi Rusiya çalışır ki, Qarabağ məsələsini rəsmi Moskvanın əli ilə həll etsin: "Daha doğrusu Azərbaycanı öz nəzarətində saxlasın. Amma ermənilər bu məsələlərə razılıq vermədilər. İndi ermənilər iddia irəli sürürlər ki, aprel hadisələrindən guya Rusiyanın xəbəri olub. Onların fikrincə, guya Azərbaycan Rusiya ilə razılaşdırıb hücuma keçib.Təbii ki, bütün bunların arxasında yenə ermənilərin məkrli siyasəti dayanır. Rusiya və Ermənistan xristian dövlətləridir və onların maraqları üst-üstə düşür. Azərbaycan isə müsəlman dövləti olduğuna görə, bu məsələlərdə narazılıq və maraqların toqquşması var. Ona görə də Rusiya prezidentinin Bakıya gəlməməsinin bir səbəbi də bununla izah oluna bilər. Azərbaycan özünün ərazi bütövlüyü məsələsini gündəmdən çıxarmayıb".

sia.az

Digər xəbərlər