PDF Oxu

Siyasət

  • 43

"ABŞ-da kimin prezident seçilməsinin Azərbaycan üçün fərqi yoxdur" MÜNASİBƏT

"ABŞ-da kimin prezident seçilməsinin Azərbaycan üçün fərqi yoxdur" MÜNASİBƏT

"Noyabr ayında ABŞ-da keçiriləcək seçkilərdə istər Hillari Klinton, istərsə də Donald Trampın prezident seçilməsinin Azərbaycan üçün böyük fərqi yoxdur". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib.Hər iki namizədin səs faizlərinin bir-birinə yaxın olduğunu dilə gətirən millət vəkili söyləyib ki, ABŞ-da noyabr ayına qədər namizədlər arasında çox ciddi mübarizə gedəcək.A. Mollazadənin sözlərinə görə, Amerikanın milli maraqları orada seçilən istənilən namizədi Azərbaycana dəstək verməyə, bölgəyə diqqətlə yanaşmağa vadar edəcək: Bu baxımdan orada kimin prezident seçilməsinin Azərbaycan üçün böyük fərqi olmayacaq. İndiki vəziyyətdə Azərbaycan-ABŞ münasibətlərində yalnız müsbət inkişaf ola bilər".Hillari Klintonun həyat yoldaşı Bill Klintonun ABŞ prezident olduğu zaman Bakı- Tbilisi -Ceyhan boru kəməri ilə bağlı prosesləri ciddi dəstəklədiyini xatırladan millət vəkilinin fikrincə, həm Hillari Klintonun, həm Donald Trampın komandasında 907-ci düzəlişi dəstəkləyənlər çox azdır."Ümid edirik ki, seçkilərin nəticəsindən asılı olmayaraq ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində fəal olacaq. Amerika hansısa ölkənin xətrinə deyil, öz milli maraqlarına uyğun olaraq bölgədə sabitliyi, əməkdaşlığı önəm tutaraq münaqişələrin həllində daha çox maraqlı ola bilər. Ümumiyyətlə, Amerikanın siyasətində böyük prinsipal dəyişikliklər onun rəhbərinin kimliyindən asılı deyil"- deyə, A. Mollazadə əlavə edib.

sia.az

Digər xəbərlər