PDF Oxu

Siyasət

  • 47

Əbədiyaşar Lider

Əbədiyaşar Lider

Ulu Öndər Heydər Əliyevin doğum günü Oğuzda qeyd olundu

Oğuz rayon Mədəniyyət Mərkəzində rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyasının (YAP) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-ci ildönümünə həsr edilmiş elmi-praktik konfrans keçirilib. Konfrans iştirakçıları ilk öncə Heydər Əliyevin abidəsini ziyarət edərək, onun qarşısına tər gül dəstələri düzüblər.

Tədbirdə Oğuz rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Oğuz rayon Təhsil şöbəsinin müdiri Elçin Kərimov, Oğuz rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov və digərləri Ulu Öndər Heydər Əliyevin həyatından müxtəlif mövzularda məruzələr söylədilər.

Oğuz rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə keçirilən "Heydər Əliyevin həyat və fəaliyyəti"nə həsr olunmuş ən yaxşı təqdimat müsabiqəsinin qalibi olmuş, respublika müsabiqəsində IV yerə layiq görülmüş Oğuz şəhər 3 saylı tam orta məktəbinin şagirdi Kazımova Nurtaca rayonun ümumtəhsil məktəbləri arasında keçirilmiş "Biz sülh istəyirik" devizi altında asfalt üzərində rəsm müsabiqəsinin qaliblərinə qiymətli hədiyyələr təqdim olundu.

Rövşən RƏSULOV

Digər xəbərlər