Mayın 10-da Şəmkir rayon icra hakimiyyəti və YAP Şəmkir rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə anım tədbiri keçirilib. İlk olaraq tədbir iştirakçıları müstəqil Azərbaycan Respublikasının yaradıcısı və qurucusu Ümummilli Lider Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzüblər.
Sonra tədbir Bakı-Qazax magistiral İpək Yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsinin kənarlarında, rayonun kənd və qəsəbələrində ağacəkmə aksiyası və iməcilik təşkil edilib. Ağacəkmə kampaniyasında şəhərin bütün idarə və müəssisə kollektivləri, gənclər və ictimaiyyətin nümayəndələri böyük həvəslə iştirak ediblər. Yerli iqlim şəraitinə uyğun olaraq 10 minə qədər həmişəyaşıl şam ağacları, yeni gül kolları əkilərək, ağaclara aqrotexniki qulluq göstərilib.
SAMİR