"Sarkisyan rejiminin daha 400 PKK-çını ön cəbhədə yerləşdirməsi barədə məlumatlar təbiidir. Çünki onun Dağlıq Qarabağda yaratdığı rejimin özü belə terrorçu rejimdir". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.Onun sözlərinə görə, bu gün Serj Sarkisyan başda olmaqla Ermənistanda hakimiyyətdə olanlar da terrorçudurlar: "Bu, heç kimdə şübhə doğurmur. Hətta özləri də dəfələrlə bunu etiraf ediblər. Həm Ermənistan prezidenti, həm də işğalçı ölkənin müdafiə naziri Seyran Ohanyan özləri də terror hərəkətlərində iştirak ediblər. Təbiidir ki, onlar terrorçularla, o cümlədən PKK-çılarla birbaşa əlaqədədirlər. Çox keçməyəcək ki, onların İŞİD-lə və digər terror qrupları ilə əlaqələri də ortaya çıxacaq".
sia.az