"Müxalifət içərisindən yaranan yeni müxalif qüvvələrin Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı kimiləri sıradan çıxarıb-çıxarmayacağı proseslərin gedişindən asılıdır". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.Sədr müavininin sözlərinə görə, Azərbaycanda əslində yeni siyasi qüvvələr var: "Təbii ki, onlar da Azərbaycan dövlətçiliyinə və milli maraqlarına münasibətdə konstruktiv mövqe sərgiləyirlər. Eləcə də bu məsələdə hər zaman vahid mövqe nümayiş etdirirlər. Amma təəssüflər olsun ki, radikal əhval-ruhiyyəyə köklənən azsaylı qruplar da var. İndi bu gənclər əgər doğurdan da təmsil olunduqları partiyalarda baş verən neqativ hallardan nəticə çıxarıblarsa və bundan sonrakı proseslərdə aktiv şəkildə iştirak etmək bacarıqları olacaqsa, intellektual siyasi mövqe ortaya qoyacaqlarsa təbii ki, burada qalmaq şansları hər zaman olacaq. Təbii ki, onlar da bir zamanlar mənsub olduqları siyasi partiyaların taleyini yaşayacaqlar".
sia.az